“Ədalət – yaşam üçün çörək qədər zəruridir”.
L.Byörne
“Ədalətli tərif uşaqlara, güllərə günəş şüası qədər lazımdır”.
K.Bouvi
“Kasıblar son ayaqda ədalətə ümid edir, varlılar isə onsuz da keçinə bilir”.
B.Brext
“Ədalət və həqiqət qardaşdır”.
S.Beyl
“Ədalət – işə salınandan sonra özü hərəkət edən maşın kimidir”.
***
“Hamı ədalətli olmaq istəsə də, bu, heç də hamıya müəssər olmur”.
C.Qolsuorsi
“Xeyirxahlıq çətin deyil, çətini ədalətli olmaqdır”.
V.Hüqo
“Bizim xalqın ən ali və yüksək xüsusiyyəti ədalətə can atmasıdır”.
F.Dostoyevski
“Ədalət – hərəkətdə olan həqiqətdir”.
***
“Gücsüz ədalət və ədalətsiz güc eyni dərəcədə dəhşətlidir”.
J.Juber
“Ədalət olmayan yerdə azadlıq, azadlıq olmayan yerdə ədalət yoxdur”.
İ.Zeyme
“Ədalət dərhal yerini tutmalıdır: belə vəziyyətlərdə ləngimək özü ədalətsizlikdir”.
J.Labrüyer
“Ədalətin qiyməti o qədər bahadır ki, onu heç bir pulla almaq olmaz”.
A.Lesaj
“Qanunlar ədalətli insanın mənəvi keyfiyyətlərini lazımınca əvəz edə bilir”.
***
“Ədalətsizlik etməyən yox, imkanı olsa da onu yaxına buraxmayan insan ədalətli insandır”.
Menandr
“Həyatda ən dəhşətli şey mərhəmətsiz ədalətdir”.
F.Moriak
“Arxasında güc dayanmayan ədalət məzlumluq, ədalətsiz güc isə zalımlıqdır”.
***
“Ədalət güclü, güc ədalətli olmalıdır”.
B.Paskal
“Ədalət – bizim bütün arzu və əməllərimizin əsası olmalıdır”.
K.F.Rıleev
“İnsanları ədalətə alışdırmaq üçün onlara ədalətsizliyin fəsadlarını göstərmək lazımdır”.
A.Smit
“Ədalət – hər bir insan, başqasına qarşı ədalətsizliyi özününkü kimi qəbul edəndə bərqərar olacaq”.
Solon
“Ədalətli düşünmək o demək deyil ki, əməlində də ədalətlisən”.
K.Uşinski
“Ədalətə aparan bütün yollar yaxşıdır”.
***
“Xoşbəxt zamanlarda ədalətli olmaq ağır zamanlarda ədalətli olmaqdan daha asandır”.
S.Sveyq
“Ədalətin mahiyyəti hər kəsə layiq olduğunu verməkdir”.
***
“Ədalətin iki mühüm əsası var: kiməsə ziyan vurmamaq və cəmiyyətə xeyir vermək”.
***
“Ağılsız ədalət çox şey, ədalətsiz ağıl heç nədir”.
Siseron
“Güc və ədalət birləşsə, bu ittifaqdan möhtəşəm nə ola bilər axı?”
Esxil
“Əgər sivilizasiyanın ən yüksək həddində insanlar aclıqdan əziyyət çəkəcəklərsə, buna səbəb təbiətin xəsisliyi yox, ədalətsizlik olacaq”.
Q.Corc
“Ədalət hissi itərsə, insan həyatına məna verəcək heç nə qalmaz”.
İ.Kant
“Özünə qarşı ədalətsizlik, başqalarına qarşı ədalətsizlik qədər çətindir”.
Ş.Lemel
“Ədalətli hərəkət etmək üçün, çox şey bilmək lazım deyil. Amma böyük bir ədalətsizlik üçün gərək hüquq elmini dərindən mənimsəyəsən”.
Q.Lixtenberq
“Bir insana yönəlmiş ədalətsizlik hamı üçün təhlükədir”.
Ş.Monteskyö
“Ədalətsizliyi görüb susmağın özü də ədalətsizlikdir”.
J.Russo