“Kədər – hisslərimizin ən möhkəmidir”.
O.Balzak
“Kədər həmişə uça-uça gəlir, sürünə-sürünə gedir”.
F.Volter
“Dərd ağrılı da olsa, bir xeyri var – ruhumuzu tərpədib bizi öz gözümüzdə ucaldır”.
A.Gertsen
“Kədər, hətta bir-birinə tam əks olan insanların birləşməsinə imkan yaradan ən möhkəm sementdir”.
M.Qorki
“Səfeh adamlar eşitdiyi sözdən yox, başına gələn dərddən dərs alır”.
Demokrit
“Kədər insanı zənginləşdirməsə də, hər halda, ağıllandırır”.
S.Conson
“Kədər qorxaq insana bənzəyir: tir-tir əsənləri təqib edir, mərd-mərdanə üstünə yeriyənlərdən qaçır”.
A.Jüvye
“Ağılsızlar kədərləri ilə barışıb ona tabe olur, ağıllılar isə kədərlərindən yüksəkdə dayanırlar”.
V.İrvinq
“Ən böyük kədəri, nifrətimizə layiq olanların köməyinə ehtiyac duymaq yaradır”.
Kabus
“Çox vaxt kədərli anlar sevincli anlarımızın qanadları üstə uçub gəlir”.
E.Kapiyev
“Ən kədərli anlarında belə gərək özünə toxtaqlıq verəsən ki, bundan da pisi olub və ötüb-keçib”.
N.Karamzin
“Böyük kədər davamlı olmur, xırdasına isə əhəmiyyət verməyə dəyməz”.
D.Lebbok
“İstənilən kədər insana həmişə qədərindən artıq görünür. Ona hər zaman üstün gəlmək mümkündür”.
A.Makarenko
“Hər şey nimdaşlaşır, hətta kədər də”.
Q.Flober
“Yalnız bir kədər var – tənha qalmaq”.
O.Marsel
“Ən böyük kədər şahidsiz kədərdir”.
Marsial
“Ömrü boyu kədərlənməyən insan, insanların ən bədbəxtidir”.
J.Mestr
“Kədərli anlarında insan qəzavü-qədəri, Tanrını və kimi gəldi, günahlandırmağa hazırdır – bircə özündən başqa”.
Platon
“Kədər heç vaxt hiss etdiyin qədər olmur”.
M.Prust
“Elə bir kədər yoxdur ki, zaman və ağıl onu yüngülləşdirə bilməsin”.
F.Roxas
“Kim şükürlüdürsə, kədərin özündə də təpər və ucalıq tapacaq”.
Rudəki
“Xırda kədər az sözlü, böyük kədər sükut kimidir”.
Kiçik Seneka
“Kədərli anlarda tale çıxış qapısını həmişə açıq saxlayır”.
M.Servantes
“Kədərsiz adam kiminsə kədərinə yana bilməz”.
Tommazeo
“Kədər güclü adamı daha da gücləndirir”.
L.Feyxtvanger
“Son kədər hamısından ağır olur”.
T.Fuller
“Dərdi bir adam da çəkə bilər, sevinc üçün isə iki adam lazımdır”.
E.Habbard
“Dərdli insan üçün yeganə xilas yolu işlə başını qatmaqdır”.
P.Çaykovski
“Böyük insanlar kədəri sükutla keçirir”.
F.Şiller
“Ən sağalmaz kədər uydurma dərddən yaranır”.
M.Ebner-Eşenbax