“Zahiri gözəllik və paklıq, əslində, daxili gözəlliyin və paklığın gözlə görünən ifadəsidir”.
V.Belinski
“Dünyanı gözəllik xilas edəcək”.
F.Dostoyevski
“Əsl gözəlliyi yalnız pak qəlbli insan görə bilər”.
Y.Brıl
“Müdriklikdən xali olan şey heç vaxt gözəl görünə bilməz”.
E.Bule
“Əsl gözəlliyin əlavə bər-bəzəyə ehtiyacı yoxdur – əksinə, bunların olmaması onu daha cazibədar edir”.
İ.Herder
“Gözəllik hər yerdə ən arzulanan qonaqdır”.
İ.Höte
“Çöhrəsi insanın daxili dünyasını ifadə edir. Bu mənada insan təfəkkürünün boyalardan məhrum olduğunu düşünmək səhvdir”.
V.Hüqo
“Özünə bəzək-düzək vermək insana yaxşı görünmək yox, pis görünməmək üçün lazımdır”.
F.Kabalyero
“Gözəllik anlayışı bütünlüklə zövqə aid məsələdir”.
İ.Kant
“Yalnız gözə girməyən gözəllik əsl gözəllikdir”.
V.Klyuçevski
“Zahiri gözəllik özünə xeyli pərəstişkar qazana bilər, onları yanında saxlamaq üçün isə mütləq daxili gözəlliyə malik olmalısan”.
Ç.Kolton
“Bədən üçün qədd-qamət – beyin üçün sağlam düşüncə kimi bir şeydir”.
F.Larosfuko
“Qəlbin gözəlliyi hətta adi bir çöhrəyə də qeyri-adi yaraşıq verir. Daxili eybəcərlik isə ən füsunkar simanı belə korlayaraq ona elə bir möhür vurur ki, bizdə həmin adama qarşı ikrah hissi oyanır”.
***
“Əsl gözəlliyin heç bir zər-zibaya ehtiyacı yoxdur”.
Q.Lessinq
“Bir güc başqa bir gücə, gözəllik isə hər şeyə qalib gəlir”.
Lope de Veqa
“Hər bir şeyin özünə uyğun gözəlliyi var. Birini o birinə calaq edəndə eybəcər mənzərə yaranır”.
Lukian
“Zahiri görünüş insan həyatında böyük əhəmiyyət daşıyır. Səliqəsiz, baxımsız adamın hərəkətləri də buna uyğun olur”.
A.Makarenko
“Yer üzündə tunc əzələlərdən və təravətli dəridən gözəl heç nə yoxdur”.
V.Mayakovski
“Sevgi dolu nəzərlərlə baxdığın hər şey gözünə gözəl görünür”.
K.Morgenştern
“Gözəllik, həqiqi xoşbəxtlik və əsl qəhrəmanlığın təmtəraqlı sözlərə ehtiyacı yoxdur”.
V.Raabe
“Zahiri eybəcərlik insanın mənəvi keyfiyyətlərinə təsir edə bilməz, mənəvi gözəllik isə insanın zahirinə də qəribə parlaqlıq verir”.
Kiçik Seneka
“Gözəllik təvazökarlıqla vəhdətdə olmalıdır. Təvazökarlıqdan xali olduqda isə o artıq gözəllik yox, sadəcə xoş bir görüntüdür”.
***
“Gözəllik bütün dünyanı bir ürəyə yerləşdirə biləcək qədər güc və istedada malikdir”.
M.Servantes
“Gözəllik – hakimiyyəti qısa sürən kraliçadır”.
Sokrat
“Bütün faydalı işlər kimi gözəlliyin də özülündə zəka dayanır”.
O.Fabr