Elektron ədəbiyyat və sənət portalı

Türkiyə səfirliyi ilə Tərcümə Mərkəzi yeni layihələrə start verdi

Bölmə: Xəbər 21.11.2019

 

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Türkiyə ədəbiyyatlararası perspektiv layihələr, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı erməni təbliğatının beynəlxalq internet şəbəkələrində yayınladığı yalan məlumatların ifşasına yönələn video və audio materialların hazırlanması və yayını istiqamətində görüləcək işlər müzakirə edilib. Mərkəz tərəfindən türk dilinə çevrilib 2015-ci ildə Ankarada nəşr edilmiş ikicildlik “Azərbaycan ədəbiyyatı antologiyası”, Azərbaycan dilinə çevrilib Bakıda nəşr olunmuş Türkiyə poeziyası və nəsri antologiyalarının davamı olaraq 37-ci illərin repressiya qurbanı, böyük Azərbaycan şairi Mikayıl Müşfiqin türk dilinə çevrilmiş “Aşk şeirləri” kitabının Ankarada, müasir türk ədəbiyyatının tanınmış simalarının əsərlərinin Azərbaycanda nəşri ətrafında fikir mübadiləsi aparılıb.