Noyabrın 25-də tanınmış Meksika yazıçısı David Toskana və Meksikanın Azərbaycandakı səlahiyyətli səfiri, cənab Xuan Rodriqo Labardini Flores Tərcümə Mərkəzində olublar. Görüş zamanı yazıçının yaradıcılığı, 2012-ci ildə nəşr olunmuş “Sonuncu oxucu” əsəri ətrafında fikir mübadiləsi aparılıb, bir çox dünya dillərinə çevrilmiş əsərin Azərbaycanda tanıdılması məqsədilə tərcüməsi və nəşri, eləcə də Meksika–Azərbaycan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində perspektiv layihə müzakirə edilib.
David Toskana: 1961-ci ildə Monterrey şəhərində anadan olub; “Tula stansiyası” (1995), “Sirkin müqəddəs Məryəmi” (1998), “Lontananza” (1997), “Migel Pruneda acısı” (2002), “Sonuncu oxucu” (2005), “Parlaq ordu” (2006), “Königsberg körpüləri” (2009), “Şeytan aparan şəhər” (2012), “Evanxelia” (2016),“Oleqaroy” (2017) kimi romanların müəllifidir; “Sonuncu oxucu” romanı İspaniyanın Antonin Artaud və Xose Fuentes Maresmükafatlarına layiq görülüb; “Parlaq ordu” əsəri Amerika Evinin Xose Mariya Arqedas mükafatını, “Oleqaroy” əsəri Xavyer Viyaurrutia mükafatını qazanıb; əsərləri dünyanın on dörd dilinə tərcümə olunub. |