“Kitab – insan zəkasının incilərini toplayıb gələcək nəsillərə ötürür”.
Aybek
“Yalnız ruhən gələcəyə baxa bilən kitablar yaşarıdır”.
***
“Yaxşı yazılmış tarixi kitablar tarix dərslərindən daha faydalıdır.
O.Balzak
“Hamı oxuyur, amma heç də hamı oxucu deyil”.
F.Varan
“İki dəfə oxunmasına ehtiyac olmayan kitabın bir dəfə oxunmasına da ehtiyac yoxdur”.
K.Veber
“Yaxşı kitabı ilk dəfə oxuyanda özümüzü təzə bir dost tapmış kimi hiss edirik. Həmin kitabı yenidən bir də oxuyanda isə elə bil köhnə dostumuzla görüşürük”.
F.Volter
“Kitabın yaradıcısı – müəllif, onun taleyinin yaradıcısı isə cəmiyyətdir”.
V.Hüqo
“Mütaliəni tərgidən insan düşünməyi də tərgidir”.
D.Didro
“Elmdə və incəsənətdə olan bütün kəşflərin və ixtiraların, heyrətamiz texniki inkişafların başında kitab çapı dayanır”.
Ç.Dikkens
“Aldığım kitablara öz adımı onu oxuyandan sonra qeyd edirəm. Çünki yalnız bu halda onun mənim kitabım olub-olmadığını müəyyənləşdirə bilərəm”.
K.Dossi
“Kitab – insan zəkasının əbədi heykəlidir”.
U.Devenant
“Oxunan kitabın bu günü, təkrar oxunan kitabın isə həm də gələcəyi var”.
Oğul Düma
“Hər yaxşı kitabın az-çox dərəcədə öz siyasəti olmalıdır”.
İ.Zeyme
“İnsan ruhunun əsl varlığı kitabdır”.
T.Karleyl
“Radio həyatın dəqiqələrini, qəzetlər saatlarını, kitablar günlərini qeydə alır”.
J.Lakretel
“Bir dəfə çap olunan kitab sonradan bütün dünyanın və zamanların sərvətinə çevrilir”.
Q.Lessinq
“Kitablar öz müəlliflərinə oxşayır”.
H.Lixtenberq
“Kitab tarixi hərəkətə gətirir, ictimai həyatı və xalqın hisslərini istiqamətləndirir, insanı formalaşdırır”.
Y.Naqibin
“Yaxşı kitab odur ki, onu həyəcanla oxumağa başlayır, bitirəndə zənginləşirsən”.
A.Olkott
“Vaxtında oxunan kitab çox böyük uğurdur. O sənin həyatını ən yaxşı dostundan və müəllimindən də artıq dəyişə bilər”.
P.Pavlenko
“Dünyada yaxşı kitablar çoxdur, sadəcə onları oxumağı bacarmalısan”.
D.Pisarev
“Mütaliə – ən yaxşı təhsildir”.
A.Puşkin
“Əgər kitabda həqiqət səksən faizdirsə, deməli, yalan yüz faizdir”.
J.Rostan
“Özünün və başqasının mütaliəsi üçün kitab seçməyi bacarmağın özü artıq istedaddır”.
N.Rubakin
“Yazmaq zövq, çap olunmaq məsuliyyətdir”.
A.Rubinşteyn
“Kitablar düşüncənin övladlarıdır”.
C.Svift
“Kitab insanın ən yaxın dostudur”.
L.Settembrini
“Volterin dövründə fransız kilsəsi anladı ki, əsl düşməni kitablardır”.
Stendal
“Diqqətlə oxumaq istəmədiyin kitabı oxumasan yaxşıdır”.
E.Faqe
“Qalın kitablar alimlər üçündür. Kitab əsrləri adlayıb keçmək istəyirsə, yüngül olmalıdır. Axı az sözlə də çox şey demək olar”.
A.Frans