“Elmdə irəli gedib mənəviyyat sarıdan geri qalanlar, əslində, irəliləmir, geriləyir”.
Aristotel
“Əsl alim xəyalpərvər olmalıdır. Bu keyfiyyətə malik olmayanlar özlərini praktik adlandırırlar”.
***
“Sual işarəsi bütün elmlərin açarıdır”.
O.Balzak
“Müəllimini rəqib yox, örnək kimi görən şagird heç vaxt onu ötüb-keçə bilməyəcək”.
V.Belinski
“Bəzi alimlər bank kassiri kimidir. Böyük pulların açarı əlində olsa da, həmin var-dövlətin sahibi deyil”.
L.Byörne
“Elm üfüqə bənzəyir – yaxınlaşdıqca səndən daha da uzaqlaşır”.
P.Buast
“Elmi dəlillər ictimai həyatda toplanan təcrübə kimidir”.
J.Buffon
“Şairqəlbli olmayandan əsl riyaziyyatçı çıxmaz”.
K.Veyerştrass
“Elə bir zaman gələcək ki, elm hətta fantaziyanı da qabaqlayacaq”.
J.Vern
“Çətin elm yoxdur, sadəcə çətin izahlar var”.
A.Gertsen
“Alim inanmalıdır ki, anlaşılmayanı da anlamaq olar”.
İ.Höte
“Azadlıq alimin haqqı, dürüstlük məsuliyyətidir”.
***
“Elmdə eyni zamanda həm inanmalı, həm də şübhələnməlisən”.
L.Girsfeld
“Bəşəriyyətin ən böyük zəfəri elmdir”.
***
“Zəhmət və elm – dünyada bu iki sözdən yüksəkdə dayanan heç nə yoxdur”.
M.Qorki
“Elm inkişaf etdikcə dayanmadan özünün ziddinə hərəkət edir”.
V.Hüqo
“Təbiət – elmin ən qəliz suallarının həlli üçün ən yaxşı və obyektiv müəllimdir”.
V.Dokuçayev
“Elmin istinad nöqtəsi idrak, idrakın istinad nöqtəsi təmkindir”.
E.Kapiyev
“Bir müdrik tapmaq üçün min alim arasında seçim etməliyik”.
F.Klinger
“Elmin mahiyyətinə təbiətin mahiyyəti kimi baxılmalıdır – hər ikisində hər şey mühüm və sonsuzdur”.
J.Küvye
“Təxəyyülü olmayan alim yeriyən kitabxana, yaxud danışan məlumat kitabçası kimidir. O, sadəcə, mənimsəyir, yaratmır”.
F.Levinson-Lessinq
“Elm – bürokratizmin qəfəsində inkişaf edə bilməz”.
Q.Libknext
“Bir təcrübəni sırf təxəyyül məhsulu olan min rəydən üstün tuturam”.
M.Lomonosov
“Zəhməti və bacarığı hədər gedən iki cür insan var – yığdığı var-dövlətdən istifadə edə bilməyənlər və qazandığı elmləri tətbiq edə bilməyənlər”.
Sədi
“İnsanların həyatını yüngülləşdirən və əzablarını azaldan tərəqqinin əsasını elm təşkil edir”.
M.Sklodovskaya-Küri
“Ən qəliz elmlərə yiyələnib mərhəmət hissindən uzaq olan insan ən zərərli məxluqdur. Onun bütün bilikləri şərə xidmət edir”.
Q.Skovoroda
“Elmi təfəkkürün məqsədi fərdidə ümumini, ötəridə əbədini görə bilməkdir”.
A.Uaythed
“Təxəyyüllə qanadlanan elm həmişə qalib gəlir”.
M.Faradey
“Alimliyi və erudisiyası ilə öyünənlərdə nə o var, nə də bu”.
E.Heminquey
“Səfeh alim – sivilizasiya üçün ən böyük fəlakətlərdən biridir”.
K.Çapek
“Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur”.
A.Çexov
“Elm bəziləri üçün ilahi məlaikə, bəziləri üçün isə onları yağla təmin edən kök inəkdir”.
F.Şiller
“Müasir elmdəki möcüzələr artıq qədim əsatirlərdəki möcüzələri də kölgədə qoyub”.
R.Emerson