Tanınmış Türkiyə alimi Azərbaycan dili və ədəbiyyatını təbliğ edir

Bölmə: Xəbər 18.12.2019

Tanınmış türk dilçi alimi, Türkiyənin Hacettəpə Universitetinin Tətbiqi Lüğətçilik və Araşdırma Mərkəzinin direktoru professor Şükrü Haluk Akalın  Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Türkiyə ədəbi əlaqələri istiqamətində Mərkəzlə əməkdaşlıq əsasında ərsəyə gətirilmiş layihələr – Mərkəzin Ankara nəşrləri ətrafında fikir mübadiləsi aparılıb. “Xəzər” jurnalının Türkiyə nəşri, Mikayıl Müşfiqin türk dilinə çevrilmiş “Eşq şeirləri” kitabının Ankarada nəşri, eləcə də digər əlaqədar məsələlər müzakirə edilib. Professor özünün elmi rəhbərliyi altında Azərbaycan ədəbiyyatı nümunələrinin dil və söz yaradıcılığı mövzusunda iki diplom işinin hazırlandığını, Azərbaycan ədəbiyyatının və dilinin bundan sonra da davamlı şəkildə Hacettəpə Universitetində təhlil və tədris ediləcəyinin planlaşdırıldığını bildirib.