Elektron ədəbiyyat və sənət portalı

Birqə layihələrə hazırıq

Bölmə: Xəbər 19.12.2019

 

Fransanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Zakari Qrosun müsahibəsi 

  Mən Tərcümə Mərkəzində olmağımdan məmnunam. Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının xarici ölkələrdə və xarici ədəbiyyatın Azərbaycanda tanıdılması sahəsində çox mühüm işlər görür. Biz bu gün Mərkəzin rəhbərliyi ilə keçirilən görüşdən məmnunuq.

  Mərkəz çoxlu fransız müəlliflərinin kitablarını Azərbaycan dilinə tərcümə etməklə möhtəşəm işlər görüb. Bu müəlliflərin arasında böyük klassiklər, müasir dövrün müəllifləri var. Eyni zamanda, “Azərbaycan ədəbiyyatı antologiyası” Fransada nəşr olunub. Bütün bunlar Fransa və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmaya kömək edir.

  Biz yaxın aylarda Azərbaycan dilinə tərcümə olunacaq fransız müəlliflərinin müəyyən edilməsinə yardım göstərməyə məmnun olardıq. Burada əsas məqsəd bu ədəbiyyatın Azərbaycanda daha yaxşı tanıdılmasıdır.

  Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini çox vacib, çox faydalı və keyfiyyətli iş hesab edirəm. Bizim də bölüşdüyümüz dil və ədəbiyyata olan sevgini burada görürük. Bu baxımdan, məmnuniyyətlə Mərkəzlə birgə layihələr həyata keçirməyə hər zaman hazırıq.