Zati-aliləri!

Bölmə: Xəbər 24.12.2019

  Möhtərəm Prezident!

  Zati-aliləri!

  Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, yenilməz qalibiyyət ovqatı, ölkəmizin, xalqımızın rifahı və sağlam gələcəyi naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

  Ölkəyə rəhbərlik etdiyiniz 16 ildə Azərbaycanın simasını köklü şəkildə dəyişmiş misilsiz yenidənqurma və abadlıq işləri, xalqımızı dünyanın müharibələr alovundan qoruyan sabit əmin-amanlıq, ilk növbədə bütün varlığı və qəlbi ilə öz xalqına, Vətəninə bağlı olan böyük Liderin uzaqgörən siyasi iradəsindən, dəfedilməz yenilməzliyindən xəbər verir. Bu hədsiz çətin, eyni zamanda müqəddəs və şərəfli yolda əziz Mehriban xanımla çiyin-çiyinə daha böyük uğurlara və qələbələrə doğru irəliləyəcəyinizə əminəm!

  Var olun! Allah Sizi və Azərbaycanı qorusun!                                                                                                          

Xalq yazıçısı             

Afaq Məsud