“Gözləməyi bacaranlar üçün hər şey vaxtında gəlir”.
O.Balzak
“Təmkinlə daha çox şeyə nail ola bilərsən, nəinki güclə”.
E.Berk
“İnadkarlıqla tərslik arasında əsas fərq ondan ibarətdir ki, birincinin kökündə böyük həvəs, ikincidə isə əksinə, həvəssizlik dayanır”.
H.Biçer
“Hər bir şeyin öhdəsindən yalnız təmkin və iradəylə gəlmək olar”.
Vergili
“Təmkin – ümidlə yaşaya bilmək bacarığından doğur”.
L.Vovenarq
“Əgər təmkinli olmağı bacarırsansa, hesab elə ki, artıq işin yarısını görmüsən”.
İ.Höte
“Təmkin – barsız-bərəkətsiz səhralığı, şoranlığı da laləzara çevirə bilər”.
Gülhani
“Yer üzündə elə bir dağ yoxdur ki, inadkarlıq gec-tez onun zirvəsini fəth edə bilməsin”.
Ç.Dikkens
“İnadkarlıq – uğurun təminatçısıdır”.
İ.Dmitriyev
“Asta və tələsmədən addımlayan üçün heç bir yol uzun deyil. Səfərə təmkinlə hazırlaşan adam mənzil başına mütləq vaxtında çatacaq”.
J.Labrüyer
“Təmkin və zamanla zor gücünə edilənlərdən daha artığına nail olursan”.
J.Lafonten
“İnadkarlıq – siyasət adamının düşüncə tərzi, döyüşçünün qılıncı, ixtiraçının sirri, alimin sehridir”.
D.Lebbok
“Yeni, qeyri-adi dərəcədə çətin işə bir neçə dəfə lap əvvəldən başlamaq lazımdır. Başlayıb dalana dirəndinsə, yenidən başla və beləcə, məqsədinə çatana qədər dəfələrlə təkrarla”.
V.Lenin
“İstənilən maneəni yalnız inadkarlıqla dəf etmək olar”.
Leonardo da Vinçi
“Təmkin – gözlə görünməsə də, ən böyük gücdür. Hissin, zəkanın bütövlüyü və dərinliyi dəli ehtirası qəbul etmir”.
M.Lermontov
“Əgər təmkin nümayiş etdirsən, hər şeyi daha dəqiq və aydın görəcəksən. Tələsən insanın gözü və şüuru bağlı olur.
Tit Livi
“Tələsik işlərə də təmkin nümayiş etdirməyi bacarmalısan”.
M.Monten
“Səbir etməyi bacaranlar yarpaqdan ipək, gül-çiçəkdən bal ala bilər”.
Ə.Nəvai
“Biz təmkinin tərəfindəyik, amma səbirsiz hərəkətə qarşı səbir nümayiş etdirmək çox çətin, dözülməzə dözmək isə sadəcə mümkün deyil”.
D.Prentis
“Çıxış yeri olmayan duman yoxdur, sadəcə, təmkin göstərib irəli getmək lazımdır”.
R.Rollan
“Təmkin acı olsa da, bəhrəsi şirindir”.
J.Russo
“Yalnız səbirli insanlar işini axıra çatdıra biləcəklər, səbirsizlər isə yarı yolda qalacaqlar”.
Sədi
“İnsanın əsl gücü istək və həvəsdə yox, sarsılmaz təmkindədir”.
L.Tolstoy
“Təmkin – gücün övladıdır”.
M.Ebner-Eşenbax