“Evlənmək çətin deyil, çətini evli olmaqdır”. M.Unamuno |
![]() |
“Nikah – məhəbbətin ardınca alovun tüstüsü kimi gəlir”. N.Şamfor |
![]() |
“Ailə – qadının hər zaman cavan qalması üçün çeşmədir”. A.Babel |
![]() |
“Həyat yoldaşı seçərkən qadının yalnız gözəlliyinə və cavanlığına üstünlük vermək izdivacın ən təhlükəlisidir”. *** “Qəti qənaətimə görə, ər-arvad münasibətləri ictimaiyyətə qapalı olmalıdır. Bu yalnız iki nəfərə aid məsələdir – başqa heç kimə”. V.Belinski |
![]() |
“Nikah – ağa, xanım, həm də iki nökərdən ibarət ittifaqdır”. A.Birs |
![]() |
“Ər-arvad məhəbbəti nəsil artımına xidmət edir, dostluq bu məhəbbəti təkmilləşdirir, mənəviyyatsızlıq isə korlayır və alçaldır”. F.Bekon |
![]() |
“Var-dövlətə görə evlənən kəs öz azadlığını pula satmış olur”. C.Herbert |
![]() |
“Ailə insana xeyli təəssüf hissləri yaşadır, subaylıq isə, ümumiyyətlə, heç nə yaşatmır”. S.Conson |
![]() |
“Ailə münasibətlərində yaşanan xırda anlaşılmazlıqları yalnız böyük məhəbbət yoluna qoya bilir”. T.Drayzer |
![]() |
“Bir mömin bəndə o biri mömin bəndə ilə ailə qurarkən bu izdivacdan heç də həmişə müqəddəs cütlük yaranmır”.
G.Lixtenberq |
![]() |
“Evlənmək məcburi deyil, amma nikah bağlamısansa, ailə qanunlarına tabe olmağa məcbursan”. K.Marks |
![]() |
“Qadın ərini irəli apara bilmirsə, deməli, geriyə dartır”. C.Mill |
![]() |
“Minlərlə təsadüflərdən yaranan ər-arvad məhəbbəti möcüzələrin ən adisi və ən gözəlidir”. F.Moriak |
![]() |
“Uğurlu izdivac hər dəfə yenidən bərpasına ehtiyac duyulan bir tikilidir”.
*** “Məhəbbətsiz nikah – qanuniləşdirilmiş fahişəxana kimidir”. A.Morua |
![]() |
“Ailə qurmağa hazırlaşan hər bir insan məramının hakimi olmalı və yalnız özüylə məsləhətləşməlidir”. F.Rable |
![]() |
“İdeal ailə odur ki, cütlük səhərlər sevgili, gecələr isə ər-arvad olduğunu unudur”. O.Rostan |
![]() |
“Ailə – ara-sıra mübahisələrlə kəsilən uzun bir söhbətdir”. R.Stivenson |
![]() |
“Ailə – hər gün yenilənməyə ehtiyacı olan bir incəsənətdir”. R.Taqor |
![]() |
“Bir əyaləti idarə etmək bəzən bir ailəni idarə etməkdən daha asan olur”. Tasit |
![]() |
“Ər necədirsə, arvad da elə olacaq”.
A.Tennison |
![]() |
“Ailə – hüquqları ikiqat azaltmaq, məsuliyyəti ikiqat artırmaq deməkdir”. A.Şopenhauer |
![]() |
“Əksər kişilər arvadlarından özlərində olmayan ləyaqəti tələb edirlər”. L.Tolstoy |
![]() |
“Qadının hüquqlarını qoruyan şəxs uşaq haqlarının, başqa sözlə desək, gələcəyin dayağına çevrilir”.
*** “Ailəni dağıtmağa yönəlmiş istənilən sosial doktrina yararsızdır və heç cür tətbiq edilə bilməz. Ailə – cəmiyyətin zinətidir”. *** “Heç bir kişi qadının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qura bilməz”. V.Hüqo |
![]() |
Ailə haqqında deyimlər
