“Pul heç kimi zənginləşdirmir, əksinə, daha da hərisləşdirir”.
* * *
“Özündən aşağılarla, özündən yuxarıların səninlə necə rəftar etməsini arzuladığın kimi davran”.
* * *
“İnsanlarla danışanda elə düşün ki, Tanrı sənə baxır, Tanrıyla danışanda isə elə düşün ki, insanlar sənə qulaq asır”.
* * *
“İnsanlar daha çox borclu olduqları insanlara nifrət edirlər”.
* * *
“Ən xoşbəxt adam xoşbəxtliyi arzulamayan adamdır”.
* * *
“Bütün zalımlıqlar məzlumluqdan doğur”.
* * *
“Özünə tay olandan küsmək – riskli, özündən yuxarı olandan – səfehlik, özündən aşağı olandan isə, adamı hörmətdən salan işdir”.
* * *
“Hansı limana üzdüyünü bilməyən adamın səmt küləyi olmur”.
* * *
“Səni yaxşı insan incidibsə, təəssüflənmə, pis insan incidibsə, təəccüblənmə”.
* * *
“Kiminsə ondan daha xoşbəxt olduğundan əzab çəkən insan heç zaman xoşbəxt olmayacaq”.
* * *
“Əgər insan bir nəfərdən artıq adamı sevə bilmirsə, deməli, həmin o bir nəfəri də əməlli-başlı sevmir”.
* * *
“Davamlı ağrı güclü, güclü ağrı davamlı ola bilməz”.
* * *
“Ölüm qocanı da, cavanı da eyni cür düşündürməlidir – axı bizi yaş sıralamasıyla çağırmırlar”.
* * *
“Ağrı barədə düşünmək onun özü qədər əzab verir”.
* * *
“Ölümdən sonra heçlik gəlir; əslində, ölüm özü də heçlikdir”.
* * *
“Hamıya inanmaq – heç kimə inanmamaq qədər qüsurdur. Sadəcə, birinci – nəcib, ikinci – təhlükəsiz qüsurdur”.
* * *
“Sələmə verdiyin az pul həmin adamı sənə borclu, çox pul isə düşmən edir”.
* * *
“Nəyi gözləyirsən? Bütün arzularının həyata keçməyini? Bu, heç vaxt olmayacaq. Çünki arzudan arzu doğur”.
* * *
“Lazım olandan artığını öyrənməyə can atmağın özü də hövsələsizlik əlamətidir. Beyni artıq yüklə doldurmaq sizi mühüm şeylərdən məhrum edə bilər”.
* * *
“Dostluq yalnız xeyir gətirir, sevginin isə bəzən zərəri də olur”.
* * *
“Düşünülməmiş hərəkətdən incimək lazım deyil”.
* * *
“Tərifə layiq bilmədiyin insanların səni tərifləməsinə niyə belə sevinirsən?”
* * *
“Biz səbəbsiz də yalan deyirik – çünki vərdiş etmişik”.
* * *
“Çox vaxt həqiqəti, hətta tanrılardan da gizlədərək, tamam başqa şeylər üçün dualar edirik”.
* * *
“Hər şeydən şübhələnən adam bəhanə sarıdan korluq çəkməz”.
* * *
“İncidiyin adam ya səndən güclü, ya da zəifdir. Əgər zəifdirsə – ona, güclüdürsə – özünə rəhmin gəlsin”.
* * *
“Bütün nitqlərimi yadıma salanda, lal-karlara paxıllığım tutur”.