“Qeyri-təvazökar insan qəddar insandan da təhlükəlidir. Çünki ikinci yalnız düşmənlərinə qarşı əzazil olduğu halda, birinci düşmənləriylə yanaşı, dostlarına da zərər verir”.
C.Addison
“Təvazökarlığın məzlumluq həddinə çatmasından ehtiyat etmək lazımdır”.
A.Bakıxanov
“Sadəlik – bütün böyük əməllərin anasıdır”.
O.Balzak
“Sadəlik – insanın öz ləyaqət hissini dərk etməsindən yaranır”.
P.Buast
“Su alovu söndürdüyü kimi, təvazökarlıq da insan qüruruna yaraşıq verir. Təvazökarlıq ayının burnuna taxılan üzük kimidir”.
T.Hippel
“Saxta təvazökarlıq, şöhrətpərəstlik kimi, ikrah yaradır”.
K.Qoldoni
“Sadəlik – həyatın sevincli anlarını artırıb, insanı ondan həzz almağa yönəldir”.
Demokrit
“Təvazökarlığın mahiyyəti tərifə biganə qalmaqda yox, tənqidə qarşı diqqətli olmaqdadır”.
Jan Pol
“Təvazökarlıq – həmişə, hər yerdə qadının əsas dəyəri kimi qəbul olunub”.
N.Karamzin
“Təvazökarlıq ləyaqət üçün rəsm əsərlərində fiqurlara verilən fon kimi lazımlıdır. Bu onu daha inandırıcı və qabarıq göstərir”.
J.Labrüyer
“Təvazökarlıq insanın ləyaqətini və qiymətini artırır”.
F.Laroşfuko
“Sadəlik bütün dahi insanlara xas olan keyfiyyətdir”.
Q.Lessinq
“Hər bir insan təvazökar görünə bilər, amma təvazökar insan heç vaxt həyasız görünə bilməz”.
G.Lixtenberq
“İnsanın xasiyyətində, davranışında, həyat tərzində ən gözəl şey sadəlikdir”.
H.Lonqfello
“Ən böyük qeyri-təvazökarlıq qeyri-təvazökarlığa qarşı təvazökar olmaqdır”.
K.Marks
“Yalnız ən gözəl insanlar saxtalıqdan büsbütün xali olan yüksək təvazökarlıq mərtəbəsinə yüksələ bilərlər”.
D.Pisarev
“Təvazökarlığın çatışmazlığı ağılın çatışmazlığına bənzəyir”.
A.Pop
“Sadəlik dünyada ən çətin şeydir. Bu, təcrübənin son həddi, dahiliyin son cəhdidir”.
J.Sand
“Aza qane olan insan ən təvazökar və varlı insandır. Bu xüsusiyyət insanın daxili zənginliyindən xəbər verir”.
Sokrat
“Güclü adamlar həmişə sadə olur”.
***
“Mənəvi gözəlliyin ilkin şərti sadəlikdir”.
***
“Daim can atdığım ən üstün keyfiyyət sadəlikdir”.
***
“Bilərəkdən sadə görünmək istəyən insanın sadəliyi qurama və xoş olmayan saxta sadəlikdir”.
***
“Çox vaxt təvazökarlığı zəiflik, qətiyyətsizlik kimi qəbul edirlər. Amma həyat və təcrübə insanlara səhvlərini sübut edəndə bu xüsusiyyət əlavə gözəllik və təravət qazanır”.
L.Tolstoy
“Sadəlik – təkcə ən yaxşı yox, həm də ən xoş xüsusiyyətdir”.
T.Fontane
“Hər şeyin həddi olmalıdır, hətta təvazökarlığın da”.
A.Frans