Elektron ədəbiyyat və sənət portalı

Qanun və hüquq haqqında

Bölmə: Azad ərazi 29.01.2020

 

“Günahsızı da ittiham etmək olar, amma ifşa etmək mümkün deyil”.

Apuley

“Qanun iri həşəratların deşib çıxdığı, xırdaların isə içində ilişib qaldığı hörümçək toru deyil”.

O.Balzak

“Qanunlar sərt, insanlar isə rəhmli olmalıdır”.

L.Vovenarq

“Cəzalandırmağı bacarmayan hakim istər-istəməz cinayətə şərik olur”.

İ.Höte

“Çalağanın sınıq qanadlarını sağaldan adam onun caynaqlarına görə məsuliyyət daşıyır”.

***

“Əsas məsələ gücün yox, qanunun kimin tərəfində olmasıdır”.

V.Hüqo

“Ən yaxşı qanunlar adət-ənənəyə söykənir”.

J.Juber

“Elə bir qanun yoxdur ki, hamının ürəyincə olsun”.

Böyük Katon

“Cəzasını almış yaramaz bütün yaramazlar üçün dərsdir. Günahsız insanın mühakimə olunması isə bütün dürüst insanların vicdanına yazılır”.

J.Labrüyer

“Şəri cəzalandırmayan onun daha da artmasına şərait yaratmış olur”.

Leonardo da Vinçi

“Satqınlar mükafatlandırıldığı yerdə günahkar həmişə tapılacaq”.

K.Malzerb

“Eyni şəxs həm ittihamçı, həm də hakim qismində çıxış edə bilməz”.

Menandr

“Ölkənin yaşaması üçün gərək qanunlar yaşarı olsun”.

Adam Mitskeviç

“Kiməsə qarşı ittiham irəli sürmək istəyən tələskənliyə yol verməməlidir”.

J.Molyer

“Səmərəsiz qanunlar səmərəli qanunları da zəiflədir”.

***

“Ən müdhiş tiranlıq – qanunu və ədaləti əldə bayraq etməklə gerçəkləşən tiranlıqdır”.

***

“Qanunlar hamı üçün eyni məna kəsb etməlidir”.

S.Monteskyö

“Qanunlar bitən yerdə tiranlıq başlayır”.

U.Pitt

“Bir görən şahid yüz eşidən şahiddən daha yaxşıdır”.

Plavt

“Pis insanlara himayədarlıq edən yaxşılara pislik edir”.

***

“Günahsızı mühakimə edən hakim, əslində, özünü mühakimə edir”.

Publili Sir

“Pis hakimiyyətlərdə qanunlar varlıların xeyrinə, kasıbların zərərinə işləyir”.

J.Russo

“Qanunlar sadə adamın da asan yadda saxlaması üçün yığcam olmalıdır”.

***

“Cinayəti bilib xəbər verməyən cinayətkarın şərikinə çevrilir”.

***

“Cinayətkarlara rəhm etmək dürüst insanlara zərər gətirir”.

***

“İslah olunmağın ilkin şərti öz günahını anlamaqdır”.

***

“Bir cinayət digərlərinə də yol açır”.

***

“Hər iki tərəfi dinləmədən qərar qəbul etmək ədalətsizlikdir – hətta bu qərar ədalətli olsa da”.

Kiçik Seneka

“Vəkil, yaxud da hakim vəzifə borcunu yerinə yetirən zaman şəxsi hisslərə qapılmamalıdır”.

R.Stivenson

“Çox yumşaq qanunlara nadir hallarda riayət olunur, çox sərt qanunlar isə nadir hallarda icra olunur”.

B.Franklin

“Qanunlar ədalətli olanda insanlar da ədalətli olacaq”.

A.Frans

“Qanun insanları, zəka qanunları idarə edir”.

T.Fuller

“Hakim danışan qanun, qanun isə lal hakimdir”.

***

“Cinayətin ən böyük mükafatı cəzasızlıqdır”.

***

“Hirsli şahidin ifadələrinə etibar etmək olmaz”.

Siseron

“Güclü tərəfin haqlı olması ən böyük haqsızlıqdır”.

***

“İmtiyaz – hüququn ən qatı düşmənidir”.

M.Ebner-Eşenbax