Elektron ədəbiyyat və sənət portalı

Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Bölmə: Xəbər 05.02.2020

 

Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə təşkil etdiyi Seçim Turlarının növbəti mərhələsinə start verdi. 

Turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış mütəxəssislərin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün aşağıda qeyd olunan sənədlərin bu ilin aprel ayının 30-dək  Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri,  Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi vacibdir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV

Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və sahə qeyd edilməlidir. 

          2. Seçim turlarında iştirak ödənişlidir.

Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 107)