Elektron ədəbiyyat və sənət portalı

Oskar Uayldın aforizmləri

Bölmə: Azad ərazi 06.02.2020

 

“Eqoizm insanın kefi istədiyi kimi yaşamaq istəməsi yox, başqalarını onun prinsipləriylə yaşamağa məcbur etməsidir”.

                                      * * *

“Rusiyada islahatlardan başqa mümkünsüz heç nə yoxdur”.

                                      * * *

“Mən dünyada daha çox tanımaq istədiyim yeganə insanam”.

                                      * * *

“Kişinin sifəti onun tərcümeyi-halı, qadının sifəti isə bədii təxəyyülüdür”.

                                      * * *

“Təhlükəli olmayan fikir, ümumiyyətlə, fikir adlanmağa layiq deyil”.

                                      * * *

“Ayrılığımızdan sonra mənə yazdığınız üç məktub elə yaxşıydı, orada o qədər orfoqrafik səhvlər var idi ki, indi də oxuyanda göz yaşlarımı saxlaya bilmirəm”.

                                      * * *

“Cəza nə qədər az olarsa, cinayət də bir o qədər azalar”.

                                      * * *

“Yaxşı bağlanmış qalstuk həyat yolunda ilk mühüm addımdır”.

                                      * * *

“Bütün cazibədar insanlar öz kefiylə yaşayır. Onların cazibəsinin sirri də elə budur”.

                                      * * *

“Mən İngiltərədə havadan başqa heç nəyi dəyişmək istəməzdim”.

                                      * * *

“Tanrı dualarımızı bizi cəzalandırmaq istəyəndə dinləyir”.

                                      * * *

“Frakda və ağ qalstukda dəllal da mədəni insan kimi görünəcək”.

                                      * * *

“Artıq biz ingilislərlə amerikalılar arasında həqiqətən də hər şey eynidir, əlbəttə ki, dilimizdən başqa”.

                                      * * *

“Aşiq olmaq insanın özünü aldatmağından başlayıb başqasını aldatmağıyla bitir”.

                                      * * *

“İnsanın yox, yalnız incəsənətin ruhu var”.

                                      * * *

“İndiki zamanda yaxşı tərbiyə yalnız maneədir. Bu halda xeyli qapılar üzünə bağlanır”.

                                      * * *

“Müəyyən çərçivələrdə olan təvazökarlıq təhlükəlidir, çərçivələrsiz isə sadəcə dəhşətlidir”.

                                      * * *

“Kişini ram etmək üçün qadına onda olan ən pis şeyləri oyatmaq kifayətdir”.

                                      * * *

“Məsih insanları xilas etmək yox, onlara bir-birini qorumağı öyrətmək üçün canını fəda etdi”.

                                      * * *

“Əks-səda çox vaxt səsin özündən gözəl olur”.

                                      * * *

“Casusluq ölmüş peşədir – artıq onların işini qəzetlər görür”.

                                      * * *

“Bizim zəmanəmizdə dünyanı ideyalar yox, şəxsiyyətlər idarə edir”.

                                      * * *

“Tamaşaçı sənətkarla nə qədər çox maraqlanırsa, sənətlə bir o qədər az maraqlanır”.

                                     * * *

“Gözəl əşyalar kimi gözəl günahlar da zənginlərin imtiyazındadır”.

                                      * * *

“Günahları yuyan keşiş yox, ibadətdir”.

                                      * * *

“Yalnız iki heyranedici insan növü var – hər şeyi bilənlər və heç nə bilməyənlər”.

                                      * * *

“Bütün səhvlərimizdən ən ucuz başa gələni öncəgörənlikdir”.

                                      * * *

“Ruhla bədən arasında nəsə bir fərq görən adamın nə ruhu var, nə də bədəni”.

                                      * * *

“Təbiətin əsas təyinatı şair misralarının illüstrasiyası olmaqdır”.

                                      * * *

“Görünür, o çox hörmətli adamdır. Həyatımda bir dəfə də onun adını eşitməmişəm. Bizim zəmanədə bu, nadir şeydir”.

                                      * * *

“Əgər bir qədim yunan indiki dövrə düşsəydi, onu teatrdan çox, sirkdə görərdik”.