Elektron ədəbiyyat və sənət portalı

İordaniyanın yeni səfiri Tərcümə Mərkəzində

Bölmə: Xəbər 13.02.2020

 

Fevralın 12-də İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Sami Abdullah Ğoşeh Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–İordaniya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr – Azərbaycan ədəbiyyatının İordaniyada tanıdılması, yayımı, ərəb dilinə tərcümə edilərək Misirdə nəşr olunmuş “Azərbaycan hekayəsi” kitabı, Xalq yazıçısı Elçinin “Baş” romanı, “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (müəllif – N.Cəfərov), “Azərbaycan–ərəb dili danışıq kitabçası”nın İordaniyanın Milli Kitabxanası və digər aparıcı kitabxanalarına yerləşdirilməsi kimi məsələlər müzakirə edilib.

Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində ərsəyə gətirdiyi kitablar hədiyyə edilib.