Elektron ədəbiyyat və sənət portalı

Kiyevdə Nəsiminin qəzəllər toplusunun növbəti təqdimatı keçirilib

Bölmə: Xəbər 14.02.2020

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Kiyevdə işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum” –  Dövlət Tərcümə Mərkəzi) kitabı növbəti dəfə “CAMIT-KNİQA” nəşriyyatı tərəfindən təqdim olunub.

Təqdimatda ölkənin tanınmış yazarları, nasirlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nəşriyyatın direktoru İvan Stepurin  AZƏRTAC-a eksklüziv müsahibəsində İmadəddin Nəsiminin yaradıcılığını Ukraynada ilk dəfə tanıdan bu toplunun ümumilikdə klassik Azərbaycan ədəbiyyatının təbliği işinə böyük töhfə verdiyini, bu səpkidə nəşrlərin Dövlət Tərcümə Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.