Elektron ədəbiyyat və sənət portalı

Sokratın aforizmləri

Bölmə: Azad ərazi 21.02.2020

 

“Danış, səni görüm”.

“Hər şey həddində olmalıdır”.

“Təkcə onu bilirəm ki, heç nə bilmirəm”.

“Yemək üçün ən yaxşı ədviyyat aclıqdır”.

“Ruhu müalicə etmədən bədəni sağaltmaq mümkün deyil”.

“Xeyiri şərdən ayırmağı bacarmaq ən böyük müdriklikdir”.

“İstəklərim azaldıqca Tanrılara daha yaxın oluram”.

“Evlənsən də peşman olacaqsan, evlənməsən də”.

“Başqalarından fərqli olaraq, mən yemək üçün yaşamıram, yaşamaq üçün yeyirəm”.

“Günəş hər bir insanda var. Sadəcə onun işıq saçmasına imkan yaradın”.

“Nə isə istəyən adam vasitələr, istəməyən, bəhanələr axtarır”.

“İnsanlar üçün ağızda yanar kömürü saxlamaq sirr saxlamaqdan asandır”.

“Kinli insan heç bir şəxsi mənafe güdmədən də başqalarına pislik edir”.

“Ölümün nə olduğunu bilmədən ondan qorxmaq heç bir məntiqə sığmır”.

“Günəşin yeganə qüsuru özünü görə bilməməsidir”.

“Savadın ümdə göstəricisi – hansısa anlayışı məntiqi dəqiqliklə müəyyənləşdirə bilməkdir”.

“Mərhəmətli insanın adını ləkələmək mümkün deyil – nə sağlığında, nə də öləndən sonra”.

“Heç nəyə baxmadan evlən. Əgər qarşına yaxşısı çıxarsa, hamıdan seçiləcəksən, pisi çıxarsa, filosof olacaqsan”.

“Kişinin nifrətindən çox, qadının məhəbbətindən qorxmaq lazımdır”.

“Təbiət bizi ona görə ikiqulaqlı, ikigözlü və yalnız birağızlı yaradıb ki, çox danışmaqdansa, görək və baxıb dinləyək”.

“Kimsə torpağına, kimsə atına qayğıdan həzz aldığı kimi, mən də, gün-gündən püxtələşməyimdən həzz alıram”.

“Qəribədir, hər bir insan mal-qarasının sayını əzbər bilsə də, dostlarının sayından xəbərsizdir”.

“Sağlamlıq – hər şey demək olmasa da, onsuz hər şey heç nədir”.

“Ədalətsizliklə qarşılaşmaq ədalətsizlik etməkdən daha yaxşıdır”.

“Yaxşı başlanğıc xırda məsələ deyil – xırda məsələlərdən başlansa da”.

“Gözəllik – hakimiyyəti qısa sürən kraliçadır”.

“Afinalıların arasında afinalıları tərifləmək çətin məsələ deyil”.

“Heykəltaraş əsərlərində insanın ruhunu da təsvir etməlidir”