“Bir xeyirxah işi o birinə elə calayasan ki, aralarında azca da boşluq qalmasın. Bax həyatın ən böyük sevinci budur”.
Mark Tven
“Kim həmişə şəndirsə, deməli, xoşbəxtdir, kim xoşbəxtdirsə, deməli, həmişə şəndir”.
V.Belinski
“Xoşbəxtlik – bizim heç vaxt hiss etmədiyimiz bir hissdir”.
Y.Bondaryev
“Xoşbəxtlik – təmkinliyə havayı verdiyi çox şeyi səbirsizə pulla satır”.
F.Bekon
“Başqalarını xoşbəxt edən adam bədbəxt olmaz”.
K.Helvetsi
“Əriməyən buz olmadığı kimi, daimi xoşbəxtik də yoxdur”.
A.Gertsen
“Yalnız kiməsə tabe olmayan və özünü başqalarına nümayiş etdirmək üçün əmrlər verməyən insan sözün əsl mənasında xoşbəxtdir”.
İ.Höte
“Xoşbəxtlik – qayğısız, qəm-qüssəsiz həyat yox, ruhun vəziyyətidir”.
F.Dzerjinski
“Dünya təlatümlü okean kimidir və xoşbəxt o insandır ki, onun sularında kompasla üzür”.
N.Karamzin
“Xoşbəxtlik – yalnız sənin ətrafındakıların da hamılıqla özlərini xoşbəxt hiss etdikləri zaman bütöv olur”.
Y.Kolas
“Quş uçmaq, insan isə xoşbəxt olmaq üçün yaranıb”.
V.Korolenko
“Xoşbəxtlik – başqalarıyla paylaşılanda daha da böyüyür”.
J.Lamerti
“Bizə sevinc bəxş edən ətrafımızdakılar yox, ətrafımızdakılara olan münasibətimizdir”.
F.Laroşfuko
“Xoşbəxt günləri gözləməyin intizarı bəzən həmin günlərin özündən xeyli gözəl olur”.
K.Paustovski
“Başqalarının xoşbəxtliyi üçün çalışanda öz xoşbəxtliyimizi də tapırıq”.
Platon
“Ən böyük xoşbəxtlik insanın özünü əlahiddə bir şəxs kimi saymağı yox, sıradan biri kimi hiss etməyidir”.
M.Prişvin
“Xoşbəxtliyi qorumaq ona qovuşmaqdan çətindir”.
Publili Sir
“Ola bilsin, bədbəxtlik insan üçün yaxşı dərsdir, amma xoşbəxtlik yaxşı universitetdir. Xoşbəxtlik insan ruhunun mərhəmətə və gözəlliyə yönələn istedadını təkmilləşdirir”.
A.Puşkin
“Xoşbəxtlik – onu paylaşmaq üçün mövcuddur”.
J.Rasin
“Xoşbəxtlik gələndə istifadə edə bilməyən insan gərək gedəndə də təəssüflənməsin”.
M.Servantes
“İnsanın kimliyini onun xoşbəxtlik haqqında təsəvvürləri müəyyənləşdirir”.
V.Suxomlinski
“Xoşbəxt olmaq üçün onun imkanlarına inanmaq lazımdır”.
* * *
“Xoşbəxtlik kimi bədbəxtliyin də faydası var – əgər hər ikisinə həyatın sınağı kimi baxsan”.
L.Tolstoy
“Mərhəmətli insanların hamısı xoşbəxtdir”.
Siseron
“İçinə əzab qatılmayan xalis xoşbəxtlik yoxdur”.
V.Şekspir