Elektron ədəbiyyat və sənət portalı

Şekspirin aforizmləri

Bölmə: Azad ərazi 01.03.2020

 

“Ata özünü oğluna həsr edəndə hər ikisi gülür, oğul özünü ataya həsr edəndə hər ikisi ağlayır”.

“Yaxşı  və pis yoxdur. Məsələ – bizim nəyi necə dəyərləndirməyimizdədir”.

“Düşüncələrinizə danışmaq imkanı verməyin”.

“Hirsin yox, ağılın səsiylə hərəkət et”.

“Kişilər sevəndə aprelə, evlənəndə dekabra oxşayır”.

“Əgər göz yaşlarınız varsa, onu axıtmağa tələsin”.

“Cəhənnəm boşdur – bütün iblislər buradadır”.

“Kiməsə dəyər vermək üçün özün də az-çox hər hansı dəyərə malik olmalısan”.

“Hətta dəliliyin də öz məntiqi var”.

“Xoşbəxtliyi tutmaq üçün ilk əvvəl qaçmağı bacarmalısan”.

“Vaxt hər adam üçün eyni cür getmir”.

“Bəli, bu dünyada tam mükəmməllik yoxdur – ən saf olanda da bir ləkə izi var”.

“Qızın ən böyük sərvəti və dövləti ismətidir”.

“Hər kəs əməlinə görə cəzalanmalı olsa, şallaqdan kim qaça bilər?”

“Söz – meh, söyüş isə canazərərli küləyə bənzər”.

“Hər məsləhəti eşit, amma öz fikrində qal”.

“Torpaq təbiətin həm anası, həm də məzarıdır – nə doğursa, onu da udur”.

“Övladlarıma baxın – keçmiş təravətim də, qocalığımın bəraəti də onlardadır”.

“Sağlamlıq qızıldan qiymətlidir”.

“Sevinc olmayanda belə, ona ümid etməyin özü də bir sevincdir”.

“Şübhələr həyatımızın qənimidir – onların ucbatından qazandıqlarımızdan çox, itiririk”.

“Kim iradəsizdirsə, deməli, ağılsızdır”.

“Çox insan müdrikliyə yox, səfehliyə üstünlük verir. Çünki səfehlik güldürür, müdriklik isə kədərləndirir”.

“Xəstəliklə yalnız sağlam adam zarafat edə bilər”.

“Dostun qüsurlarına yalnız əsl dost dözə bilər”.

“Şərəfim mənim həyatımdır və hər ikisi bir kökdəndir. Şərəfimi alsanız, həyatım da çürüyər”.

“Ləkələnməyən ürəyi qorxutmaq çətindir”.

“Heç kim, başqalarına dərs vermək dərəcəsində mükəmməl deyil”.

“Yuxu – təbiətin şərbətidir”.

“Şübhələr həmişə vicdanı ləkəli olanları təqib edir”.

“Böhtanın ürəyə vurduğu yaranı heç nəylə sağaltmaq mümkün deyil”.

“Məhəbbət ölüm qorxusundan da güclüdür”.

“Əgər yoxdursa belə, özünüzü elə aparın ki, guya  xeyirxahınız var”.

“Yumşaq ürək daha çox yaşayır”.

“Xarab almaların arasından seçim etmək çətin məsələdir”.