“Səmimiyyət həqiqətin anası, dürüst insanın yaraşığıdır”.
“Biz yaxşıları mükafatlandırmaqla pisləri cəzalandırırıq”.
“Xristianların tanrısı öz övladlarından çox, almalarının üstündə əsən atadır”.
“Filosoflar ruhanilər, ruhanilər də filosoflar haqqında xeyli mənfi fikirlər söyləyir. Amma heç bir zaman heç bir filosofun əli ruhani qanına bulaşmayıb. Ruhanilər isə xeyli filosof öldürüb”.
“Xristianı cəhənnəm qorxusu hissindən azad etsən, dinə inamını da itirəcək”.
* * *
“İncəsənət adi bir şeydə qeyri-adi, qeyri-adi bir şeydə isə adi nələrisə görməkdən ibarətdir”.
“Dərin fikir, şüura vurulmuş və oradan dartıb-çıxarılması mümkün olmayan dəmir mıx kimidir”.
“Monastır – cəmiyyətin göyərtəsindən kənara atılmışları içinə yığan zirzəmidir”.
“Həkimlər səhər-axşam canımızın sağlamlığı, aşpazlar isə canımıza qəsd etmək üçün çalışır. İkincilər uğur qazanacaqlarına daha çox əmindirlər”.
“Başqalarının qüsurlarını sənə danışan adam sənin qüsurlarını da başqalarına danışır”.
“Paslanmaqdansa, nimdaşlaşmaq yaxşıdır”.
“Nə edəcəyini qabaqcadan bilən insan cəsarətli və rahat olur”.
“Başqalarından məhəbbəti özümüz-özümüzü sevmək üçün əlavə bəhanə kimi umuruq”.
“Qadınlar yalan tərifi birnəfəsə, acı həqiqəti isə damcı-damcı içir”.
“Rəssam da, memar da – hər ikisi şairdir. Amma sonuncu heç vaxt mübaliğəyə yol vermir. Çünki memarlıq izahata, qeyri-adiliklərə, məzəli, komik olan hər şeyə dözümsüzdür. Mərmər gülmür”.
“Rəssam pul barədə düşündüyü an gözəllik hissini itirir”.
“Başqalarının sizi anlaması üçün izahatlarınızı qısa edin”.
“Hətta bir-birinə nifrət edən qadınlar da bir-birini qoruyur”.
“Mərmərin, ya torpağın altında – nə fərqi, onsuz da çürüyəcəksən”.
“Savad insana ləyaqət aşılayır – bu halda hətta qul da yalnız qulluq üçün yaranmadığını anlayır”.
“Yanında dostu haqqında təhqiramiz sözlər deyilməsinə yol verən adam ən qorxaq adamdır”.
“Qəddar insanın həyatı həyəcanlı anlarla dolu olur”.