Elektron ədəbiyyat və sənət portalı

Dostoyevskinin aforizmləri

Bölmə: Azad ərazi 09.03.2020

 

“Dünyanı gözəllik xilas edəcək”.

“Vurulmaq, heç də yalnız sevmək demək deyil. Nifrətlə də vurulmaq olar”.

“Heç nəyə heyrətlənməmək, əlbəttə ki, ağıl yox, ağılsızlıq əlamətidir”.

“İnsanın nələr etdiyinə yox, nələrə can atdığına fikir verin”.

“Axmaq olduğunu anlayan adam artıq axmaq deyil”.

“Ağıl elə yaramaz bir şeydir ki, nəyə desən bəraət qazandırır”.

“Dünyaya qalib gəlmək istəyirsənsə, ən əvvəl özünü məğlub et”.

“Şən olmaq insanın ən yüksək məziyyətidir”.

“Cığırı dəlilər açır, ağıllılar onların ardınca gəlir”.

“Ən əsası – özünü aldatma”.

“Həyatın özünü, onun mənasından daha artıq sevmək lazımdır”.

“Pul – qəlibə salınmış azadlıqdır”.

“Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat özü həll edəcək”.

“Elə hədlər var ki, onları adlayıb-keçmək təhlükəlidir. O səbəbdən ki, bir dəfə keçdinsə, bir daha geri dönə bilməyəcəksən”.

“Rus xalqı öz iztirablarından, sanki həzz alır”.

“Həyat məqsədsiz olanda boğulur”.

“Mütaliəni tərgitmək – düşünməyi tərgitməkdir”.

“O, ağıllı adamdır, amma ağıllı hərəkət etmək üçün ağıldan başqa da nə isə olmalıdır”.

“Məqsədə doğru yolda hər sənə hürən itə daş atsan, istəyinə çatmayacaqsan”.

“Xeyirli iş görmək istəyən, bağlı əllərlə də çox şey edə bilər”.

“Belə bir ifadə var: “heyvan kimi əzazil insan”. Əslində, bu, heyvanlara qarşı dəhşətli dərəcədə ədalətsiz fikirdi. Heyvan heç vaxt insan kimi artistcəsinə əzazil ola bilməz”.

“Yaddaşınızı kinlə doldurmayın – yoxsa orada gözəl anlar üçün sadəcə yer qalmaya bilər”.

“Mən, heç olmasa, bir insana – özümlə danışdıqlarımı danışmaq istərdim”.

“Qucaqlamağı bacaran insan yaxşı insandır”.

“Dostum, yadda saxla ki, susmaq çox yaxşı, təhlükəsiz və gözəl bir şeydir”.

“Cəzalandırmayın, bəraət qazandırın, amma şərə şər deyin”.

“İnsanlıq – uşaqlar olmadan, bu qədər sevilməzdi”.

“Gücün söyüşə ehtiyacı yoxdur”.

“Nadürüstlə müqayisədə dürüst adamın düşməni daha çox olur”.

“İnsan bicləşdikcə, ən adi bir şeydən yıxıla biləcəyindən daha az şübhələnir”.

“Mən bu adamın qarşısında günahkaram, deməli, ondan qisasımı almalıyam”.

“Mən elə bir cəmiyyət arzulayıram ki, hər cür şər əməllər törətmək imkanım olsa da, özüm bunu istəməyim”.

“Soyuqluq, yalnız hava üçündür – onu içinizə buraxmayın”.

“Uşaqlıq dövrünü yaşamayan insandan yaxşı vətəndaş olmaz”.

“Arzularımı məhv edin, ideallarımı silin, bundan yaxşısını göstərsəniz, ardınızca gələcəyəm”.

“İnsan ona görə bədbəxt məxluqdur ki, xoşbəxtliyini dərk edə bilmir”.

“İnsan Tanrıyla iblis arasındakı döyüş meydanıdır”.