Elektron ədəbiyyat və sənət portalı

Ağıl və müdriklik haqqında

Bölmə: Azad ərazi 12.03.2020

 

 

“Ağıllı insan düşmənindən də çox şey öyrənir”.

Aristotel

 

“Ağıl – insanın mənəvi silahıdır”.

V.Belinski

 

“Ağıl – insanı doyuran yemək, zarafat isə iştaha gətirən ədviyyatdır”.

 

“Ağılla düşüncə arasında olan fərq kulinariya reseptiylə piroq arasında olan fərq kimidir”.

 

“Sakit xarakterli adam güclü insan kimi qəbul olunduğu kimi, az danışanı da çoxları müdrik insan sayır”.

L.Byörne

 

“Ağıllı insanı təhqir etmək mümkün olmadığından onu təqib edirlər”.

P.Bomarşe

 

“İnsan yalnız düşünə bildiyinə görə insandır”.

P.Buast

 

“Səfeh fikirlər hər kəsdə olur, sadəcə, ağıllı insan onu dilinə gətirmir”.

V.Buş

 

“Ağıl olmayan yerdə heç nə yoxdur”.

D.Qalifaks

 

“Müdrik insan öz fikirlərini günlərlə çözür, səfeh isə dərhal bəyan edir”.

H.Heyne

 

“Ağıl – yer üzündə ən böyük hörmətə layiq olan dəyərdir”.

K.Helvesti

 

“Ən yaxşı ensiklopediya ağıllı insanlardır”.

 

“Ağıllı insan hamıdan çox bilən yox, özünü hamıdan yaxşı tanıyan insandır”.

İ.Höte

 

“Ağıl hər yerdə eynidir. Millətindən, geyimindən, dilindən, dinindən, hətta dunyagörüşündəki fərqliliklərdən asılı olmayaraq, bütün səfehlər kimi ağıllı insanları da birləşdirən ümumi əlamətlər olur”.

İ.Qonçarov

 

“Orijinallıq – ağlın tənhalığının əlamətidir”.

A.Qraf

 

“Mədə bəzi qidaları qəbul etmədiyi kimi ağıl da bəzi fikirlərə qarşı dözümsüz olur”.

U.Qezlitt

 

“Ağlı təkmilləşdirmək üçün öyrənməkdən çox düşünmək lazımdır”.

P.Dekart

 

“Müdrikliyin üç əsas xüsusiyyəti var: mükəmməl qərarlar vermək, səhvsiz danışmaq və lazım olanı etmək”.

 

“Ağıllı insan malik olmadıqlarına görə kədərlənən yox, malik olduqlarına görə sevinən insandır”.

Demokrit

 

“Müdriklik – nəyə əhəmiyyət verməməyi bilmək qabiliyyətinə malik olmaqdır”.

U.Ceyms

 

“Ağıllı bir iş görmək üçün tək ağıl kifayət deyil”.

F.Dostoyevski

 

“Yupiter məhv etmək istədiyi adamın ən əvvəl ağlını alır”.

Evripid

 

“Ağıllı insanın özünü söyməsi pis, axmağın özünü tərifləməsi ondan da pisdir”.

T.İriarte

 

“Müdriklik – vicdanın sütunları üstə dayanan ağıldır”.

F.İsgəndər

 

“Ağıllıyla səfeh arasında əsas fərq nədir? Birinci həmişə düşünür və nadir hallarda danışır, ikinci isə həmişə danışır və heç vaxt düşünmür”.

V.Klyuçevski

 

“İnsanı müdrikliyə aparan üç yol var: ən nəcib düşüncə yolu, ən asan təqlid yolu və ən çətin şəxsi təcrübə yolu”.

Konfutsi

 

“Çox ağıllı olduğuna qəti əmin olan insanın ya ağlı çatışmır, ya da ümumiyyətlə, yerli-dibli yoxdur”.

J.Labrüyer

 

“Ağlı biristiqamətli olan insana rəğbət uzunmüddətli ola bilməz”.

 

“Hamı yalnız yaddaşından gileylənir, ağlından gileylənən yoxdur”.

 

“İnsanlar çox vaxt səfeh  hərəkətlər üçün də ağlından istifadə edir”.

 

“Yalnız bütün məsələlərdə bizimlə razılaşan insanları ağıllı hesab edirik”.

 

“Heç vaxt dəlilik etməyən insan o qədər də ağıllı deyil”.

F.Laroşfuko

 

“İnsanın ağlını cavablarından çox, suallarına görə müəyyənləşdirmək daha asandır”.

F.Levis

 

“Müdriklik – təcrübənin qız övladıdır”.

Leonardo da Vinçi

 

“İti ağıl – ixtiraçı, düşüncə – müşahidəçidir”.

Q.Lixtenberq

 

“Qocaldıqca məşhur  “müdriklik yaşla gəlir” deyiminə daha az inanıram”.

Q.Menken

 

“Alim – qab, müdrik isə çeşmədir”.

U.Olcer

 

“Hiyləgərliklə müdrikliyin fərqi, meymunla insanın fərqi kimidir”.

U.Penn

 

“Hər an müdrik olmaq mümkün deyil”.

Kiçik Plini

 

“Tərəddüd – müdrikliyə gedən yolun yarısıdır”.

Publili Sir