Elektron ədəbiyyat və sənət portalı

Aristotelin aforizmləri

Bölmə: Azad ərazi 15.03.2020

  

“Sərxoşluq – könüllü dəlilikdir”.

“Bütün hikkələrin və cinayətlərin mənbəyi kasıblıqdır”.

“Xeyir əməllər sahibi olmaq üçün yerə-göyə hökmdarlıq etməyə ehtiyac yoxdur”.

“Səxavətli insan özü üçün heç bir xeyir güdmədən başqalarına yaxşılıq etməyə həmişə hazır olan insandır”.

“Xeyir əməllər görmək üçün gərək ən əvvəl bu əməllərə malik olasan”.

“Dost iki bədəndə bir can kimidir”.

“Kasıb vaxtlarda və digər həyati çətinliklərdə dost ən yaxşı sığınacaqdır”.

“Hamının dostu olan heç kimin dostu deyil”.

“Əgər sənin dostların varsa, demək, dostun yoxdur”.

“Həyat hərəkətli olmağı tələb edir”.

“Həyatın mənası nəsə qazanmaq yox, nəsə yaratmaqdır”.

“Dərk etmək – heyrətdən başlanır”.

“Platon dostumdur, amma həqiqət mənə daha əzizdir”.

“Yaxşı kitab odur ki, müəllifi lazım olanı deyir, lazım olmayanı demir və lazım olanı da lazımınca deyir”.

“Şöhrətpərəst insanlar şöhrətpərəst olmayanlardan daha paxıldırlar”.

“Analar övladlarını daha çox sevir. Çünki bu övladların yiyəsi olduqlarına onlar daha çox əmindirlər”.

“Biz əmin-amanlıqda yaşamaq üçün müharibə edirik”.

“Ən dəqiq elm müdriklikdir”.

“Mənəvi keyfiyyətlərimiz məramımızla əlaqəli şəkildə təzahür edir”.

“Savad ağac kimidir – gövdəsi acı olsa da, meyvəsi şirindir”.

“Savadlanmaq – irəlidə olanlara çatmaq, arxadan gələnləri gözləməməkdir”.

“Səhv hərəkət müxtəlif cür ola bilər, doğru hərəkətin isə yalnız bir üsulu var”.

“Natiqin əsas dəyəri aydın danışmasıdır”.

“Təvazökarlıq utancaqlıqla tərbiyəsizliyin arasında olan bir şeydir”.

“Hamı bilir ki, ölüm qaçılmazdır, amma o qədər də yaxında olmadığından heç kim bu barədə düşünmür”.

“Yaramazın vicdanını oyatmaq üçün gərək ona şapalaq vurasan”.

“Xoşbəxtlik – şükürlü olanın tərəfindədir”.

“Hələ bu vaxtacan dəlilik əlamətləri olmayan bir düha doğulmayıb”.

“Xasiyyət hərəkətlərimizin yekun nəticəsidir”.

“İnsan təbiəti etibarilə ictimai varlıqdır”.

“Gülmək bütün canlı məxluqat arasında yalnız insana xasdır”.

“Zarafat – ciddi işləri həyata keçirmək üçün lazımdır”.

“Biz öz dostlarını sevənləri tərifləyirik”.

 

“Başlanğıc hər işin yarıdan çoxu deməkdir”.