Homer – “İliada” Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “İliada” yazılı mətnin sütunlarından sayılır. Əsərdə cərəyan edən hadisələrin miqyası o qədər genişdir ki, Olimp tanrıları da, Troya müharibəsinə biganə qala bilməyib yerə enir, hadisələrin iştirakçısına çevrilirlər. |
|
Uilyam Şekspir – “Romeo və Cülyetta” Bu əsərin əsas unikallığı ondan ibarətdir ki, hətta “Romeo və Cülyetta”nı oxumayanlar belə, Montekki sülaləsindən olan yeniyetmə oğlanla, Kapulettilərdən olan yeniyetmə qızın faciəvi məhəbbətindən məlumatlıdır. |
|
İvan Turgenev – “Atalar və oğullar” Bu əsərində yazıçı əbədi “atalar və oğullar” problemini üzə çıxartmaqla yanaşı, məşhur Yevgeni Bazarov obrazının timsalında, yaxın gələcəkdə Rusiyanı bürüyəcək nihilizm ideyasını da qabaqlayıb. |
|
Erix Maria Remark – “Üç yoldaş”
Remarkın bu əsərinin dünya ədəbiyyatına böyük təsiri olub. I Dünya müharibəsinin dəhşətlərini bütün çılpaqlığıyla oxucuya təqdim edən roman mürəkkəb sosial-siyasi dövrdə yaşamağa məhkum olunmuş “itirilmiş nəsil” haqqında kədərli tarixçədir. |
|
Kolin Makkalou – “Tikanlıqda şərqi deyənlər” Romanın baş qəhrəmanı – Klirilərin ailə xronikası bütün zamanlarda oxucu dairəsinin maraq mərkəzində olub. Gənc və yaşlı nəslin bu ailə dramına münasibəti eyni olmasa da, romanın ana xəttinin aparıcısı Meqqinin 4 yaşından 58 yaşına qədər izlənilən acı taleyi hamıya eyni dərəcədə təsir edib. |
|
Aleksandr Düma – “Üç muşketyor” Bu əsəriylə Düma, Fransa sarayının darıxdırıcı, yeknəsəq, qapalı həyatına, sanki canlı nəfəs gətirib. Krala və Kraliçaya sadiq Atos, Portos, Aramis və Dartanyanı mübarizələr, döyüşlər, saray intriqaları və qəhrəmanlıqla dolu keşməkeşli həyat gözləyir. “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!” şüarı onları daim yenilməzliyə və zəfərlərə səsləyir. |
|
Cerom Selincer – “Çovdarlıqda uçurumdan qoruyan” Romanda hadisələr 16 yaşlı gənc Holden Konfildin baxış bucağından təsvir olunur. Bütöv bir dövrün mənzərəsi tam təfərrüatı və çılpaqlığıyla oxucunun gözləri qarşısında canlanır. Oxucu bu böyük və amansız dünyada yerini tapa bilməyən gənc qəhrəmanın əzablı taleyinin təsirindən uzun müddət qurtula bilmir. |
|
Mixail Bulqakov – “Master və Marqarita” Romanda mistika və din, moskvalıların həyatı, İsa Məsihlə Ponti Pilatın görüşünün təsirli tarixçəsi sanki sehrbaz qələmiylə zəncir kimi bir-birinə bağlanır və əsəri hədsiz maraqlı və unudulmaz edir. |