“İstəsən də, cəmiyyətdən ayrı yaşaya bilməzsən. Sənin yerin oradadır – ona görə və onun naminə yaşayırsan. Ayaqlarımız, əllərimiz, gözlərimiz kimi bizlər də bir-birimizlə daim vəhdətdəyik”.
Mark Avreli
“İnsan yalnız hamıyla birlikdə olanda insandır”.
J.Amadu
“İnsan təbiəti etibarilə ictimai varlıqdır”.
Aristotel
“Hansısa bir fərdin, yaxud millətin rifahından hamıya pay düşür”.
A.Barbüs
“İnsanı yaradan təbiət, formalaşdıran və inkişaf etdirən isə cəmiyyətdir”.
V.Belinski
“Normal cəmiyyətlərdə yaxşı insanı nümunə kimi göstərib pis insandan ibrət alırlar”.
L.Bonald
“İnsan özünü yalnız insanlar arasında dərk edə bilər”.
İ.Höte
“Əksər kübar cəmiyyətlərdə qadınlar ürəksiz, kişilər beyinsiz olur”.
A.Detuş
“Adamsız da keçinə biləcəyini düşünən çox yanılır. Adamların onsuz keçinə bilməyəcəyini düşünən isə daha çox yanılır”.
F.Laroşfuko
“Cəmiyyət içində yaşayıb cəmiyyətdən təcrid olunmaq düzgün deyil”.
V.Lenin
“Bu vaxtacan mövcud olmuş bütün cəmiyyətlərin tarixi – siniflərin mübarizəsi tarixidir”.
K.Marks
“İnsan nə qədər istedadlı olsa da, cəmiyyət həmişə ondan ağıllı və güclüdür”.
“Özünü böyük istedad sahibi, yaxud təsdiq olunmamış dahi kimi qələmə verib cəmiyyətdən təcrid olunanları acı tale gözləyir. İnsanı ayaqda saxlayan və yüksəklərə qaldıran yalnız cəmiyyətdir”.
N.Ostrovski
“Yalnız özü üçün yaşamağa və özünü düşünməyə məcbur olan insan dözülməz əzablar çəkir”.
B.Paskal
“Şəxsi tələbatlar cəmiyyətin tələbatlarına qurban verilməlidir”.
Kiçik Plini
“Həyatımızın hər anında bizləri bir-birimizdən nələrin ayırdığını yox, nələrin birləşdirdiyini axtarıb-tapmalıyıq”.
D.Reskin
“Şəxsi rifah barədə düşünmək tamamilə normal haldır və onu heç cür hesabdan silmək olmaz. Amma insan cəmiyyətin rifahını və bütün bəşəriyyətin gələcəyini öz şəxsi rifahına qurban verərsə, bu zaman həyatı utancverici, cılız və hətta deyim ki, iyrənc olar”.
R.Rollan
“Cəmiyyət üçün şəxsi maraqların təsirindən ağır zərbə yoxdur”.
“Hamının maraqlarının üst-üstə düşdüyü nöqtələr olmasaydı, hansısa cəmiyyət haqqında danışmağa belə dəyməzdi”.
J.Russo
“Cəmiyyətin zənginliyi onu təşkil edən fərdlərin müxtəlifliyi ilə müəyyənləşir. Çünki inkişafın ali məqsədi insan özüdür”.
V.Suxomlinski
“Kökündən qoparılıb yararsız torpaqda əkilən bitki kimi, insan da cəmiyyətdən kənarda xoşbəxt ola bilməz”.
“Hər bir kəs insanlardan ayrı düşmək yox, onlarla birləşmək üçün nələr etməli olduğunu yaxşı bilir”.
“Fərdiyyətçilik, yaxud cəmiyyətdən əsassız təcrid olunmaq bizim təsəvvürümüzdə intihar kimi cəfəng bir şeydir”.
L.Tolstoy
“Ünsiyyət insanı qoruyur və ucaldır. İnsan tək qaldğı vaxtlardan fərqli olaraq cəmiyyət arasında istər-istəməz özünü başqa cür aparır”.
L.Feyerbax