Elektron ədəbiyyat və sənət portalı

Vicdan və ləyaqət haqqında

Bölmə: Azad ərazi 21.03.2020

 

“Özünü həmişə ləyaqətli aparan insan heç vaxt vicdan əzabı çəkməz”.

Əbu-əl-Fərəc

“Ləkələnməyən vicdan günahsız hakim kimidir”.

“Vicdanın təlqin etdiklərinin ardınca getmək xoşdur”.

O.Balzak 

“Saf vicdanın sədası şöhrətin sədasından yüz dəfələrlə üstündür”.

P.Buast

“İnsan üçün vicdanlı adam adından yuxarı dəyər yoxdur”.

“Ləyaqət – mərdlik rəmzidir”.

A.Vinyi

“İnsan artıq onlar üçün vərdişə çevrilmiş pis hərəkətindən vicdan əzabı çəkmir”.

F.Volter 

“Vicdan məsələsində çoxluq qanunu işləmir”.

M.Qandi

“Şüur və vicdan malik olduqları hüquqlardan məhrum edilə bilməz. Onlara yalan desən də, aldada bilməzsən”.

“Özünü mühakimə etməyi bacarmayan insan başqalarını mühakimə edə bilməz”.

İ.Höte

“Nə qədər ağıllı olsan da, vicdansız yaşaya bilməzsən”.

M.Qorki

“Vicdan – ən ali hakimdir”.

V.Hüqo 

“Təmiz vicdan ən rahat yastıqdır”.

H.İbsen 

“Vicdanı yalnız bir dəfə itirə bilərsən”.

E.Kapiyev 

“Bəzi insanlar vicdanı şöhrətə dəyişirlər”.

A.Karr 

“Vicdan – qanunlar qanunudur”.

A.Lamartin

“Vicdan  yaddaşdan daha sadiqdir”.

M.Lermontov 

“Təmiz vicdan nə yalandan, nə böhtandan, nə də qeybətdən qorxur”.

Ovidi

“Öz ləyaqəti uğrunda ölməyə hazır olmayan insan ləyaqətsizliyə məhkumdur”.

V.Paskal 

“Ləyaqətini itirən insan – ölmüş insan kimi qəbul olunmalıdır”.

Plavt

“İnsanların əksəriyyəti vicdanından çox, nüfuzunu qorumağa çalışır”.

“Vicdan yarası heç vaxt qaysaq bağlamır”.

Publili Sir

“Vicdan – ürəyi cırmaqlayan caynaqdır”.

A.Puşkin

“Təmiz vicdan insanlar arasında olmaqdan qorxmur, ləkəli vicdan isə hətta təklikdə də təşviş içindədir”.

“İtirilmiş vicdan bir daha qayıtmayacaq”.

Kiçik Seneka 

“Ləyaqət – insan ürəyinin ali hissləri arasında ən gözəli olan məhəbbətin anasıdır”.

“Vicdandan istifadə edərkən, mədə, yaxud fantaziya kimi onu da qədərindən artıq yükləmək olmaz”.

P.Stivenson

“Məncə, həyatda yalnız iki həqiqi bədbəxtlik var – vicdan əzabı və xəstəlik”.

L.Tolstoy

“Əsl vicdan yalana dözümsüzdür”.

H.Fildinq

“Təmiz vicdan insanın yaraşığıdır”.

“Mənim üçün öz təmiz vicdanım bütün insanların rəyindən daha önəmlidir”.

Siseron 

“Vicdanı adamdan almaq olmaz, onu yalnız itirə bilərsən”.

A.Çexov

“Ləkələnməyən vicdanı nəyləsə qorxutmaq mümkün deyil”.

U.Şekspir

“Vicdan – həyatdan irəlidir”.

F.Şiller

“Ləyaqət – zahiri vicdan, vicdan – batini ləyaqətdir”.

A.Şopenhauer

“İnsan öz iradəsinin ağası, vicdanının nökəri olmalıdır”.

M.Ebner-Eşenbax