“Ailə həyatında əsas məsələ təmkindir. Məhəbbət uzun müddət davam edə bilməz”.
“Yaradıcılıq həzzi yaşamış insan üçün digər həzlərin heç bir əhəmiyyəti qalmır”.
“Bəlağətli dildən özünü qoru. Dil gərək sadə və aydın olsun”.
“İnsanda gərək hər şey – sima da, paltar da, mənəviyyat da, düşüncə də gözəl olsun”.
“Düşmənlərin barədə düşünmə, ya da az düşün”.
“Araq ağ olsa da, insanın burnunu qızardıb nüfuzunu ləkələyir”.
“Hər şeyi bilən və anlayanlar yalnız səfehlər və şarlatanlardır”.
“Aydın olmayan hər şey sirlidir və ona görə, həm də vahiməlidir”.
“Deyirlər, filosoflar və müdriklər laqeyd insanlardır. Yalan sözdür! Laqeydlik ürəyin iflici, vaxtsız ölüm kimidir”.
“Əgər sənin sağalmağını bayram kimi gözləyən insanlar varsa, xəstələnmək özü də xoş bir şeydir”.
“İstənilən iş məqsədlərlə idarə olunur. Məqsəd böyükdürsə, iş də möhtəşəm alınacaq”.
“Uşaqlar məsum və müqəddəsdirlər. Hətta quldurların və timsahların gözündə də onlar mələk kimidirlər”.
“Xeyirxah insan itdən də utanır”.
“Tənhalıqdan qorxursunuzsa, evlənməyin”.
“Həkimsənsə, sənə xəstəxana və xəstələr lazımdır, yazıçısansa, Malı Dmitrovkada yox, xalqın arasında yaşamalısan”.
“Başqalarının əzablarına gülmək bağışlanmaz günahdır”.
“Yazmaq – ixtisar etməyi bacarmaq sənətidir”.
“Sevəndə özündə o qədər zənginlik, nəvaziş, duyğusallıq kəşf edirsən ki, belə sevə bildiyinə heç özün də inanmırsan”.
“Yığcamlıq – istedadın bacısıdır”.
“Tənqidçilər – uğursuz şairlər, tarixçilər, bioqraflardır. Onlar bu və ya digər sahələrdə özlərini sınaqdan keçirib bir şey alınmadığını görəndən sonra tənqidlə məşğul olmağa başlayıblar”.
“Xoşluqla nail ola bilmədiyin nəyəsə heç vaxt zorla çata bilməzsən”.
“Meşələr insana gözəlliyi dərk etməyi öyrədir”.
“Yalan da alkoqolizm kimi bir şeydir. Yalançılar ölüm ayağında da yalan danışırlar”.
“Məhəbbət, siyasət, təbabət məsələlərində yalan danışıb insanları aldatmaq olar, amma yaradıcı işlərdə bu, mümkün deyil”.
“Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur”.
“Ən kifir insan öz yarısını tapdığı kimi, ən cəfəng cızma-qara da öz oxucusunu tapır”.