Elektron ədəbiyyat və sənət portalı

Siseronun aforizmləri

Bölmə: Azad ərazi 25.03.2020

 

“Tutarlı, yığcam fikirlər həyatın yaxşılaşmasına xeyli kömək edir”.

 

“Gizli düşmənçilik açıq düşmənçilikdən daha təhlükəlidir”.

“Sülhə, razılığa gəlməklə yox, qələbəylə nail olunmalıdır”.

“Sahibə evinə görə yox, evə sahibinə görə qiymət vermək lazımdır”.

“Tamahkarlıq – başqa bir adamın sənə qarşı törətdiyi cinayətdir”.

“Görülən hər bir iş, yalnız məqsədəuyğun yox, həm də zəruri olmalıdır”.

“Bəlağətli sözlər nitqi həm də görüntülü edir”.

“Valideynlərə məhəbbət – bütün xeyirxahlıqların əsasıdır”.

“Silahlar guruldayanda qanunlar susur”.

“Dürüst insan hakim kürsüsünə əyləşəndə şəxsi maraqlarını unudur”.

“Bütün sənətlərin ali məramı – həqiqəti araşdırmaqdan ibarətdir”.

“Müdriklik elmin qaynağıdır”.

“Səxavət hissi sərhəd tanımır”.

“Hətta şöhrətin əleyhinə traktatlar yazan filosoflar da kitabın üstündə öz adlarını qeyd etməyi unutmurlar”.

“Qorxduğun və səndən qorxan adamı sevmək mümkün deyil”.

“İnsanın ən qatı düşməni çox vaxt özü olur”.

“Dostluqda ən çətin məsələ, özündən aşağı adama tay olmaqdır”.

“Biz həqiqətə şübhələrimiz vasitəsilə çatırıq”.

“Nə qədər müdrik olsan da, soyuqda tir-tir əsəcəksən”.

“Mən bu insanlarla onların doğru mühakimələrini bölüşməkdənsə, Platonla birlikdə yanılmağı üstün tuturam”.

“Həzz alanda da müəyyən çərçivələrə riayət etməlisən”.

“Heç kim sənə özündən yaxşı məsləhət verə bilməz”.

“Ən güclü arqumentlər çıxışın əvvəlində və sonunda gətirilməlidir. Çünki əvvəl səni dinləyənlərin şüuruna hakim kəsilməli, sonda onları məğlub etməlisən”.

 “Hiddət – dəliliyin başlanğıcıdır”.

“Ahıl adamın simiclik etməsi səfehlikdir. Mənzilbaşına çataçatda yol ehtiyatını artıran yolçunun bu hərəkətindən qəribə nə ola bilər?”

“Müdrik insan olmaq kifayət deyil, gərək bu keyfiyyətindən istifadə etməyi də bacarasan”.

“Qorxulu və təhlükəli anlarımızda möcüzəyə daha çox inanırıq”.

“Təbiətin yaratdıqları, incəsənətin yaratdıqlarından çox-çox mükəmməldir”.

“Kim özünə hansı qiyməti verirsə, dostları da ona o qiyməti verir”.

“Mən işlə, ən çox asudə vaxtlarımda məşğul oluram”.

“Adama qarşı iki yolla ədalətsizlik etmək olar – zorla və aldatmaqla”.

“Heç kimin almaq istəmədiyi adamın satılmamağı elə də böyük qəhrəmanlıq deyil”.

“Natiqin ən böyük ustalığı – yalnız lazım olanı deyil, həm də lazım olmayanı deyə bilməsidir”.

“Yalnız özündən asılı olan və hamını özünü gördüyü qədər görə bilən insan ən xoşbəxt insandır”.