“Qarşılıqlı hörmət valideynlər qədər övladları da qoruyan sərhəd məntəqəsidir: birinciləri peşmanlıqan, ikinciləri isə vicdan əzabından qoruyur”.
“Ana ürəyi dibində həmişə övladı üçün əfv yeri olan dərin dəryadır”.
O.Balzak
“Valideynlərə olan məhəbbət və hörmət, heç şübhəsiz, ən müqəddəs hissdir”.
V.Belinski
“Ana ürəyi suyu heç vaxt tükənməyən möcüzələr bulağıdır”.
P.Beranje
“Yaxşı ana tortun böyük tikəsini öz oğluna yox, ögey oğluna verər”.
L.Byörne
“Heyrətamiz fakt budur ki, əksər dahi insanların çox güclü anaları olub və onlar yaxşı cəhətləri atalarından çox, analarından əxz ediblər”.
H.Bokl
“Övladlar həyəcan və qayğılarımızı artırsa da, təsəvvürümüzdə olan ölüm qorxusunu azaldır”.
F.Bekon
“Bir atanın övlad üçün əhəmiyyəti yüz müəllimdən daha artıqdır”.
D.Herbert
“Kürsüdən minlərlə insana mühazirə oxumaq bir uşağı tərbiyə etməkdən daha asandır”.
A.Gertsen
“Ata olmayanda övladları üçün onu əvəz etməyi bacaran qadın ən yaxşı anadır”.
İ.Höte
“Ana – yaradıcı və qoruyucudur, yanında fəlakətdən danışmaq onun ziddinə getmək deməkdir. Ana həmişə bütün ölümlərin əleyhinədir”.
M.Qorki
“Yer üzündə körpə qığıltısından möhtəşəm himn yoxdur”.
“Yeniyetməlikdən sonra da davam edən istənilən himayə övlad üçün artıq buxova çevrilir”.
V.Hüqo
“Bəxtinə yaxşı kürəkən çıxan valideyn övlad qazanır, pis çıxan isə qızını da itirir”.
Demokrit
“Valideyn övladların gözündə tiran yox, dost və sirdaş olmalıdır”.
V.Coberti
“Ata olmaq atalıq etməkdən çox asandır”.
V.Klyuçevski
“Valideynlərin günahını övladlar yuyur”.
Kurtsi
“Ana – yer üzündə ateistlərin də qəbul etdiyi yeganə ilahi varlıqdır”.
E.Lequve
“Bütöv bir xalqın rifahı uşaqların düzgün tərbiyəsindən asılıdır”.
C.Lokk
“Övladlarımız bizim qocalığımızdır. Düzgün tərbiyə bizə firavan qocalıq, səhv tərbiyə isə dərd, göz yaşları, digər insanlar, bütün xalq qarşısında yaşanacaq günah hissi vəd edir”.
“Valideyn öz məhəbbətini övladlardan yalnız birinə şamil edirsə, bu, dəhşətdir”.
A.Makarenko
“Mənəviyyatsızlığın ilkin təzahüru valideynlərə qarşı hörmətsizlikdir”.
A.Puşkin
“Əvvəl uşaqlarımızı öyrədir, sonra onlardan öyrənirik”.
Y.Raynis
“Uşaqların içindəki şıltaqlığı öldürsəniz, gələcəyin müdrik insanından məhrum olacaqsınız”.
J.Russo
“Öz uşaqlığını xatırlamadan övladlarına düzgün tərbiyə verə bilməzsən”.
M.Ebner-Eşenbax
“Qəhrəmanların övladları heç də həmişə qəhrəman olmur. Nəvələrin qəhrəman olacağına ümid isə daha azdır”.
R.Emerson
“Ata sərtliyi – övlad üçün şirinliyi acılığından daha çox olan ən yaxşı məlhəmdir”.
Epiktet