Elektron ədəbiyyat və sənət portalı

Yazıçı sənəti haqqında aforizmlər

Bölmə: Azad ərazi 29.03.2020

“Eləsi var ki, əsəri yalnız yazıçının səhvlərini tapmaq üçün oxuyur”.

Vovenarq Lyuk de Klapye

“Hər bir yazıçı, bəzən özü istəmədən belə, müəyyən mənada məhz özünü təsvir edir”.

Höte 

“Əksər yazıçılar həqiqəti ən böyük sərvət sayır və bu səbəbdən də ona qənaət edirlər”.

Mark Tven 

“Yazıçı yaşıyla yox, başıyla yaradır”.

Migel de Servantes

“Yalnız bir siyasi sistem var ki, orada yaxşı yazıçının yaranması qeyri-mümkündür. Bu sistemin adı faşizmdir. Çünki faşizm quldurların idarə etdiyi yalançı cəmiyyətdir. Bu mənada yalanı ədəbiyyata gətirmək istəməyən yazıçı faşizm rejimində nə yaşaya, nə də yarada bilər”.

Ernest Heminquey 

“Əsərləri assosiasiyalarla zəngin olan yazıçı həm də daxilən zəngindir”.

Konstantin Paustovski

“Aydın yazanların oxucuları, dumanlı yazanların şərhçiləri olur”.

“Yazıçının məqsədi sivilizasiyanı özünüməhvdən qorumaqdır”.

Alber Kamyu

“Kütlə məzhəkəçisi” olmaq istəməyən hər bir yazıçının yeganə amalı yaşadığı zəmanənin dəyərlərini zənginləşdirmək olmalı və o hər vəchlə buna can atmalıdır”.

Onore de Balzak 

“Biz heç də təbib deyilik, biz ağrıyıq”.

Aleksandr Gertsen

“Mən özüm üçün yazır, pul üçün nəşr olunuram”.

Aleksandr Puşkin

“İki cür yazıçı var: yaşamaq üçün yazanlar və yazmaq üçün yaşayanlar. Yaşamaq üçün yazanlar yaşayır, amma yazmır, yazmaq üçün yaşayanlar isə yazır, amma yaşamır”.

“Azad yazıçı öz araşdırmalarının və bilgilərinin bəhrəsini təqdim edən əsl alimdir. O, ədəbiyyatın şərəfini və elmin qüdrətini qorumaqla yanaşı, hər işdə xalqına xeyir gətirir. O, sadə xalqın eşitmək istədiklərinə, yaxud hakimiyyətdə olanların şəxsi zövqlərinə və gözləntilərinə daban-dabana zidd olsa belə, öz sözünü deyir. Gələcək üçün yazanlar qiymətini indiki dövrdə alır, indiki dövr üçün yazanlar isə gələcəkdə xatırlanmayacaqlar”.

Reyhani Amin

“Yazıçı çox yazmalıdır, bir şərtlə: tələsməsin”.

Anton Çexov

“Yazıçının yalnız bir müəllimi var – oxucu”.

Nikolay Qoqol

“Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: nə yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm”.

Maksim Qorki

“Fikir uçur, söz isə addımlayır. Bu, əsl yazıçı əzabıdır”.

Con Qrin

“Yazıçı eyni vaxtda həm araşdırma, həm də eksperiment aparır”.

Emil Zolya

“Yazıçı təxəyyülü ən adi hisslərdən yaranır”.

Andre Morua