Elektron ədəbiyyat və sənət portalı

Stendal: insan, həyat və sənət haqqında

Bölmə: Azad ərazi 31.03.2020

 “İnsanları tanımaq üçün özünü tanımağın kifayətdir”.

“Əgər məhəbbətin kökündə cismani həzz daha çoxdursa, bu sevgi davamlı olmayacaq”.

“İnsanın xoşbəxtliyi – ehtirasla sevdiyi nələrinsə yolunda həyatını belə qurban verməyə hazır olmaqdan ibarətdir”.

“Dost yolunda onun xəbəri olmadan özünü hər gün fəda etmək – hansısa müstəsna bir vəziyyətdə özünü o adama qurban verməkdən daha ali hissdir”.

“İnsanlarla münaqişə bizi yenidən öz içimizə baxmağa vadar edir. Bu mənəvi güzgüyə baxmaqdan yayınmaq olmaz”.

“Uğura aparan yeganə yol – öz qənaətlərinə sadiq qalmaqdan ibarətdir”.

“Gülüş – qocalığı öldürür!”

“Bütün bədbəxtliklər başımıza gələnlərlə bağlı səhv təsəvvürlərimizdən yaranır. Bu mənada insanları dərindən tanımaq və hadisələrə soyuq başla yanaşmaq xoşbəxtliyimizin açarıdır”.

“Əsgər hospital barədə düşünmədiyi kimi, yazıçı da tənqidçini yadından çıxarmalıdır”.

“Utancaqlığın ən mənfi tərəfi səni hər zaman yalana sürükləməsindədir”.

“Ağılın ən xoş üstünlüklərindən biri insanın qocalanda özünə olan hörmət hissini itirməməsindədir”. 

“İnsana yalan deməməklə iş bitmir, gərək ona həqiqəti də boyasız, təhrifsiz çatdırasan”.

“Qəzəbini cilovlaya bilməyən hövsələsiz adamı siyasətçi adlandırmaq olmaz”.

“Məhəbbət – çox gözəl bir çiçəkdir. Amma dəhşətli bir uçurumun kənarında bitən o çiçəyi dərmək hər kişinin işi deyil”.

“Başqalarından seçilmək istəyən insan gərək hər şeydən əvvəl onlardan fərqlənmədiyini nümayiş etdirsin”.

“İşləmək lazımdır – çünki zəhmət həzzin atasıdır”.

“Məhəbbət – kimin kimə daha artıq sevinc bəxş edə biləcəyini göstərmək yarışıdır”.

“Dilin ən üstün məziyyəti aydın olmasındadır”.

“Məni narahat edən odur ki, həmişə həqiqəti qələmə almaq istəsəm də, yalnız ondan qopan ahları yazıram”.

“Dərhal qazanılan uğur məhəbbətin bütün cazibədarlığına kölgə salır, maneə isə onun qiymətini artırır”.

“İdeala can atmaq istedadın gücünü ikiqat artıran, ortabablığa qənim kəsilən ən böyük vasitədir”.

“Sənətkar üçün şəxsi mənafe məqsədə çevriləndə sənət ölür”.

“Məsələ nəyi necə çəkməkdə yox, nəyi necə düşünməkdədir”.

“Maraqlı danışmağın özü də bir istedaddır”.

“Dahi insan qartal kimidir – yüksəklərə uçub qalxdıqca ona dikilən nəzərlərdən də uzaqlaşır”.

“Ağıl ağıldan üstündür – təklikdə nəsə yaratmaq mümkün deyil”.

“Sevənlər çox vaxt hamıdan artıq inandıqlarına şəkk gətirirlər”.

“İnsan təxəyyülünün ən birinci tələbatı yeniliyə can atmaqdır”.

“Həddən ziyadə gözəl qadınlar artıq ikinci görüşdə kişini bir o qədər də heyrətləndirmir”.

“Həyatımızın böyük hissəsi səhvlərimizə və səfeh hərəkətlərimizə sərf olunur, əsaslı hissəsi tənbəlliyimizə qurban gedir və təxminən bütün həyatımız boyu lazım olmayanı edirik”.

“Dünya nə qədər müdrikləşsə, bir o qədər ədalətli olacaq