Elektron ədəbiyyat və sənət portalı

Fridrix Nitsşenin aforizmləri

Bölmə: Azad ərazi 04.04.2020

 “Qaliblər təsadüfə inanmırlar”.

“Adamı nifrətlə yox, gülüşlə öldürürlər”.

“Yalnız gələcəyi quranlar keçmişi mühakimə etmək haqqına malikdir”.

“Yalnız insan qravitasiya istiqamətinə qarşı gedir – o, hər zaman yuxarı yıxılmaq istəyir”.

“Hər bir insanın instinkti – onun mənəviyyatıdır”.

“Vəhşilərlə vuruşan, özünün də vəhşiyə çevrilməməsi üçün ehtiyatlı olmalıdır”.

“Həyatını düşməniylə mübarizəyə həsr edən adam, istər-istəməz onun sağ qalmasında maraqlıdır”.

“Həqiqətin yalandan da böyük düşməni – əminlikdir”.

“Özünü azad insan hesab edirsən? Nədən azadsan?”

“Darıxmağın qarşısında tanrılar da acizdir”.

 

“Əzazil insanların çoxu zülmdən qorxur”.

“Xeyirxah insanlar yaradıcı olmur – çünki onlar həmişə sonun əvvəlidir”.

“İnam həm xilas edir, hə də aldadır”.

“Sənətkarın vəzifəsi insanları uşağa çevirməkdir”.

“Həyatla bağlı sualların cavabını biləndə hər şeylə barışırsan”.

“İnsan inanc ehkamları olmadan, bir an belə yaşaya bilməz – o ehkamlar təsdiqini tapmasa da”.

“Kim ki havanın necə olacağını əvvəlcədən üç dəfə düzgün müəyyən edə bilibsə, ürəyinin dərinliyində, az da olsa, özünü peyğəmbər sayır”.

“Xristianlıq” sözündə bir anlaşılmazlıq var. Əslində, yalnız bir xristian olub, o da çarmıxda ölüb”.

“Xalq – əslində, altı-yeddi dahi insana tərəf aparan dolama-dolaşıq yoldur”.

“Hər bir hərəkətimizlə yenidən doğuluruq”.