“İnsana qarşı ən böyük günah – nifrət yox, laqeydlikdir. Bu, ən qeyri-insani hissdir”.
“Ən yaxşı uşaq kitabları, əslində, böyüklər üçün yazılıb”.
“Gülməli görünəcəyindən qorxsan, konki sürməyi öyrənə bilməyəcəksən. Həyatın buzu isə çox sürüşkəndir”.
“Dərsliyi, “mütaliəyə yararsız kitab” da adlandırmaq olar”.
“Uğur, əslində, ölümdür. Yüksəklik nədir – enişdən öncəki sonuncu addım”.
“Alman və ispan dillərini öyrənmək əcnəbilər üçün kifayət qədər əlçatandır. İngilis dili isə, hətta ingilislər üçün də anlaşılmazdır”.
“Dünyada ilboyu iki-üç dəfə düşünən az adam olar. Məni dünyada məşhur edən – həftədə bir-iki dəfə düşünməyim oldu”.
“Əgər dövlət xadimi ağlına gələni danışmırsa, çox çətin vəziyyətə düşəcək”.
“Ürəklərin parçalandığı ev” pyesinin əsas ideyası nədir? Hardan bilim? Mən sadəcə müəllifəm”.
“Əgər qadınlar da mənəvi və fiziki cəhətdən kişilər kimi ehtiyatlı olsaydılar, insanların kökü kəsilərdi”.
“Milad ilin elə bir vədəsidir ki, gərək kiməsə lüzumsuz nələrsə alıb, bəyənmədiyimiz adamlara hədiyyə edək”.
“Ciddilik – xırda adamın özünü böyük göstərmək cəhdidir”.
“Edam – qətlin ən idbar formasıdır. Çünki cəmiyyətin xeyir-duasıyla icra olunur”.
“Mən, sözün əsl mənasında, skripkaçıya oxşayan yalnız bir adam görmüşəm – Albert Eynşteyn”.
“Yalnız bir qəzet oxumaq lazımdır. Çoxlu qəzet oxumaq adamı çaşdırır: mən hələ boşuna xərclənən pulları demirəm”.
“Bütün irlandlar kimi, mən də irlandları sevmirəm”.
“Kişilik anlayışı yoxdur, olan yalnız qürurdur”.
“Bramsın “Alman rekviyemi”nə qulaq asanda adam ölmək istəyir”.
“Əgər qanunlarınızı hakimlərə, dininizi yepiskoplara etibar etsəniz, bir də görəcəksiniz, nə qanunlar qalıb, nə də din”.
“Sara Bernar böyük aktrisa rolunu mükəmməl oynayırdı”.
“Mən, hətta düşünməyin nə olduğunu bilməzdən əvvəl də azad düşüncəliydim”.