“Ümid həmişə ümidsizlikdən yaxşıdır”.
“Bizlərə bir hərəkəti iki dəfə etmək imkanı verilsəydi, hər şey çox gözəl olardı”.
“İnsanlar, hətta təbiətə qarşı gedəndə də onun qanunlarına tabe olurlar”.
“Məgər sevginin ağılla hər hansı əlaqəsi var?!”
“Hər dəfə bizə borclu olanlarla rastlaşanda onlardan minnətdarlıq da umuruq, özümüzün borclu olduqlarımızla rastlaşanda isə bu barədə azca da düşünmürük”.
“Özünü olduğundan artıq və olduğundan aşağı qiymətləndirməyin hər ikisi böyük səhvdir”.
“Nail ola bilmədiyi yüksək amallar insan üçün nail olduğu xırda məqsədlərdən daha qiymətlidir”.
“Diletantlar gücləri çatanı edəndən sonra, adətən, bəraət üçün işi hələ yekunlaşdırmadıqlarını deyirlər. Əlbəttə, təməli düzgün qoyulmayan iş yekunlaşa bilməz”.
“Elmin zirvəsinə çatan kəs əvvəlcədən bilməlidir ki, çoxluq onun əleyhinə olacaq”.
“Hamı sevdiyi insandan dərs alır”.
“Su olan yerlərin heç də hamısında qurbağa yoxdur, amma qurbağa qurultusu gələn yerlərin hamısında su var”.
“Mümkünsüz olanı arzulayan insan mənim üçün daha qiymətlidir”.
“Mənim fəaliyyət sahəm – zamandır”.
“Dayan, ey an!
Sən çox gözəlsən!”
“İnsan inanmalıdır ki, anlaşılmayanı da anlamaq olar”.
“İnsan özünü bütünlüklə nəyəsə həsr edəndə ona kömək üçün hətta kainat da hərəkətini dəyişir”.
“Hər anından istifadə et”.
“Var-dövlətə ikrahla yanaşan xeyli insan olsa da, ondan imtina edən az insan tapılar”.
“Ən təhlükəli məxluq özünü ağıllı kimi aparan dəlidir”.
“Ətrafına istedadlı və ləyaqətli insanları yığmayan hökmdar ordusuz sərkərdə kimidir”.
“Cücünün nə qədər olduğunu ondan istifadə edəndə bilirsən”.
“Bizi heç vaxt aldatmırlar – özümüz aldanırıq”.
“Fikir qələmin ucunda ölür”.
“Hər şeyə maraq itəndə yaddaş da itir”.
“Axmaqlığın örnək göstərildiyi yerdə ağıllı olmaq axmaqlıqdır”.
“Əminlik idrakın əvvəli yox, sonudur”.
“Heç vaxt burnunu sallama, yoxsa ulduzları görməyəcəksən”.
“Göyqurşağı da səmada çox qalanda daha ona baxmırlar”.
“Göy üzünün hər yerdə mavi olduğunu dərk etmək üçün dünya səyahətinə çıxmağa ehtiyac yoxdur”.
“Bəziləri düşmənlərinin nöqsanlarına bel bağlayır. Amma bundan bir şey çıxmaz. Mən həmişə rəqiblərimin üstün tərəflərini nəzərdə tutmuşam və bunun xeyrini görmüşəm”.
v
“Memarlıq – donmuş musiqidir”.
“Həyata inan! O səni bütün kitablardan daha yaxşı öyrədir”.
“Nə qədər ki hər şey məhv olmayıb, deməli, heç nə məhv olmayıb”.
“Oğulun istedadına yalnız ata paxıllıq etmir”.
“Qərib yerdən Vətən olmaz”.
“Vətənpərvər elm olmadığı kimi, vətənpərvər incəsənət də yoxdur”.
“Zaman inadkarlığın ən sadiq müttəfiqidir”.