Elektron ədəbiyyat və sənət portalı

İnadkarlıq və axmaqlıq haqqında

Bölmə: Azad ərazi 12.04.2020

“Axmaqlar insanların pis tərəflərini görüb yaxşı tərəflərinə fikir vermir. Onlar milçək kimi bədənin yalnız xəstə hüceyrələrinə qonur”.

Əbu-əl-Fərəc

 

“Axmaqlıq iki cür olur – sakit və hay-küylü”.

“Hər axmağın yanında mütləq bir dələduz olur”.

Axmaqlıq elə bir dərinlikdir ki, onu dibinəcən araşdırmaq mümkün deyil. Heç bir əks-səda vermədən hər şeyi büsbütün udur”.

O.Balzak

 

“Dünyada axmaqlar dələduzlardan çoxdur. Başqa cür olsaydı, dələduzlar acından ölərdi”.

S.Batler

 

“Dahi insan zəmanəni qabaqlayır, ağıllı insan onunla yanaşı addımlamağa, bic insan ondan istifadə etməyə çalışır. Axmaq isə onların yolunu kəsir”.

E.Bayernfeld

 

“Hər bir insanın axmaqlıq etmək hüququ var – buna qarşı getmək olmaz. Amma gərək bu hüquqdan ağılla istifadə edəsən”.

L.Byörne

 

“Adətən, ağıldan kasadlar düşünür ki, çox şeyi bilir, ağıldan məhrumlar isə düşünür ki, hər şeyi bilir”.

C.Bruno

 

“Sükut – axmaqların ən böyük xeyirxahıdır”.

F.Bekon

 

“Axmaq – güclü yaddaşı, düşüncəsi və faktları olan, amma bunlardan bir nəticə hasil edə bilməyən adamdır”.

L.Vovenarq

 

“Heç kim həmişə axmaq olmur, hərdənbir isə hamı axmaq olur”.

C.Herbert

 

“Axmaqlığın örnək göstərildiyi yerdə ağıllı olmaq dəlilikdir”.

“Özünü ağıllı göstərməyə çalışan axmaqdan təhlükəli heç nə yoxdur”.

“Axmaq və ağıllı insan zərərli deyil. Zərərli olan yarıaxmaq, yarıağıllı insandır”.

İ.Höte

 

“Axmaq yalnız iş bitəndən sonra ağıla gəlir”.

Homer

 

“Bütün axmaqlar inadkar, bütün inadkarlar axmaqdır”.

B.Qrasian

 

“Axmaqları ən çox korlayan onları tərifləyənlərdir”.

Demokrit

 

“Axmaq olduğunu anlayan artıq axmaq deyil”.

“Heç nəyə heyrətlənməmək ağıl yox, ağılsızlıq əlamətidir”.

F.Dostoyevski

 

“Bəzən təəssüflənirəm ki, axmaqlar üçün heç bir sərhəd olmasa da, dahilər üçün var”.

A.Düma (oğul)

 

“İnadkarlıq güc qiyafəsində olan zəiflikdir”.

V.Jukovski

 

“Tənbəllik – bədənin axmaqlığı, axmaqlıq – ağılın tənbəlliyidir”.

İ.Zeyme

 

“Axmaq adamlarda söz fikri qabaqlayır”.

İsokrat

 

“İnadkarlıq – axmaqlar üçün şirmadır”.

Y.Knyajnin

 

“Özünü bic göstərmək axmaqlara xas məziyyətdir”.

J.Kurtelin

 

“Hamıdan ağıllı görünmək ən səfeh arzudur”.

“Ən dözülməz axmaqlar ağıldan tam məhrum olmayanlardır”.

“Özünəvurğunluğun, qabalığın və ağılsızlığın ən bariz nümunəsi inadkarlıqdır”.

F.Larosfuko

 

“Əgər insan eyni səhvi iki dəfə təkrarlayırsa, gərək əllərini qaldırıb məsuliyyətsizliyini və inadkarlığını etiraf etsin”.

C.Lorimer

 

“Axmaq olmadığını inadkarlıqla təkrarlayan insanın buna şübhəsi var”.

Y.Mizner

 

“Mübahisə zamanı inadkarlıq və həddən ziyadə çılğınlıq axmaqlıq əlamətidir”.

M.Monten

 

“Axmağın ağıllıyla müqayisədə bir üstünlüyü var: o, həmişə özündən razıdır”.

I Napoleon

 

“İnadkara məsləhət verən adamın özünün məsləhətə ehtiyacı var”.

Sədi

 

“Mütaliəli qanmazlıq axmaqlığın ən dözülməz növüdür”.

C.Teylor

 

“Axmağın səsini kəsmək nəcib iş deyil, sözünə davam etməyə imkan yaratmaq isə sadəcə vəhşilikdir”.

B.Franklin