“Həqiqətən də insan bütünlüklə yalana uyanda istedad və zəka onu tərk edir”.
V.Belinski
“Həqiqətlərin arasına soxulmuş bir yalan onların hamısında şübhə yaradır”.
P.Buast
“Həmişə demişəm və yenə təkrar edirəm ki, yalançı ən sonda özünü aldatmış olur”.
M.Qandi
“İnsanın səhv etdiyini hamı görə bilər, yalanını görmək isə heç də hamıya müyəssər olmur”.
İ.Höte
“Yarımçıq həqiqət yalandan daha təhlükəlidir”.
T.Hippel
“Yalanı adi sözlərlə demək olmaz, gərək ona təmtəraq, bəzək-düzək qatasan”.
M.Qorki
“Yalan şərin təcəssümüdür”.
V.Hüqo
“Yalnız yaramazlar yalan danışır”.
F.Dostoyevski
“İnsanları aldatmaq ona görə təhlükəlidir ki, axırda özünü də aldatmağa başlayırsan”.
E.Duze
“Əgər dediklərinin yalan olduğuna əminsənsə, susmaq heç vaxt gec deyil”.
A.Düma (oğul)
“Yalançının möhkəm yaddaşı olmalıdır”.
Kvintilian
“Yalançılar necə də sadəlövhdürlər! Əmindirlər ki, hamı onlara inanır”.
J.Knorr
“Yalançıyla birgə görülən hər iş əzabdır”.
İ.Krılov
“Məni ən çox təsirləndirən qorxaqlıqdan və acizlikdən doğan yalandır”.
A.Kuprin
“Bütün qüsurlarımızdan ən bağışlanılmazı gizlətmək istədiyimiz yalandır”.
F.Laroşfuko
“Azca təhrif olunmuş həqiqət ən təhlükəli yalandır”.
T.Lixtenberq
“Yalan qar topası kimidir – diyirləndikcə daha da böyüyür”.
M.Lüter
“Nahaq yerə demirlər ki, yaddaşına etibar etməyən adam gərək yalan danışmasın”.
M.Monten
“Yarımçıq həqiqətin ifşası ağ yalanın ifşasından ikiqat çətindir”.
O.O`Melli
“Yalan danışan adam işinin çətinliyini dərk etmir. Çünki birinci yalanına dəstək üçün o, əlavə iyirmi yalan da uydurmalıdır”.
A.Pop
“Yalan – həqiqətin üstüylə axan yağ kimidir”
H.Senkeviç
“Yalnız bütün günü dilinə yalan gətirən insanlar bir-biriylə səmimiyyətdən danışırlar”.
V.Solouxin
“Ən kobud yalan çox vaxt sitatla ifadə olunur”.
P.Stivenson
“İnsanın ağlı və savadı artdıqca yalanının özünə və ətrafına olan zərəri də artır”.
L.Tolstoy
“Günahın çoxlu silahları var: yalan – onların hamısına uyğun gələn tutacaqdır”.
O.Holms
“Hətta həqiqəti deyəndə də yalançıya inanmırıq”.
Siseron
“Yalan – alkoqolizm kimi bir mərəzdir. Yalançı öləndə də yalan danışır”.
“İnək otu, pas dəmiri, yalan ruhu yeyir”.
A.Çexov
“Yalançının cəzası artıq heç kimin ona inanmaması yox, daha özünün də heç kimə inanmamasıdır”.
B.Şou