“Yoxsulluq – var-dövlətin azlığı yox, tamahın çoxluğu deməkdir”.
“Düşdüyü çətin anlara görə insan taleyini, tanrıları, kimi desən günahlandırmağa hazırdır – bircə özündən başqa”.
“Demokratiyadan tiranlıq doğulur”.
“Varlı insanlar pula, şairlər əsərlərini, atalar övladlarını sevdikləri kimi yanaşırlar. Onlar pula digər insanlar kimi ehtiyacları ödəmək vasitəsi kimi yox, sanki yaradıcılıqlarının məhsulu olan əsər kimi münasibət bəsləyirlər”.
“Kitab – lal müəllimdir”.
“Ən böyük ədalətsizlik ədalətli olmadan bu cür görünməkdir”.
“Ədalətsizlik etməyən insan hörmətə layiqdir; başqalarını da belə əməllərdən çəkindirən isə ikiqat hörmətə layiqdir”.
“Sevən insanın gözü çox vaxt bağlı olur”.
“Ümid – ayıq insanların yuxusudur”.
“Şəhərlər üçün ən pis əlamət orada hüquqşünasların və həkimlərin sayının çox olmasıdır”.
“Ölümün nə olduğunu bilmədən hamı ondan bir şər qüvvə kimi qorxur. Amma kim bilir, bəlkə də, insan üçün ən xeyirli olan elə ölümdür”.
“Təsadüfən yaxşı adam olmaq mümkün deyil”.
“Bütün müdrikliyin özülü səbirdir”.
“Heç nə bilməyən və öyrənməyə can atmayan insan ən pis insandır. Axı onda iki qüsur birləşib”.
“İnsanın ilk və ən böyük qələbəsi özü üzərində qələbəsidir”.
“ Yaxşı şair olmaq üçün gərək düşüncəndəkiləri yox, mifləri yaradasan”.
“Həqiqətin dili sadədir”.
“Nə qədər nökərin varsa, bir o qədər də düşmənin var”.
“Mənim kimi sən də Sokratdan daha çox həqiqət barədə düşün”.
“Sokrat dostumdur, amma ən yaxın dostum həqiqətdir”.
“Başqalarının xoşbəxtliyi üçün çalışıb öz xoşbəxtliyimizə qovuşuruq”.
“Tale – naməlumluqdan məlumluğa uzanan yoldur”.