Elektron ədəbiyyat və sənət portalı

Qorxu və acizlik haqqında

Bölmə: Azad ərazi 03.05.2020

“Həyatın böyük sarsıntıları insanın daxili qorxularını müalicə edir”.

O.Balzak

“İnsan yalnız onun üçün naməlum olanlardan qorxur və savadlandıqca bütün qorxulara üstün gəlir”.

V.Belinski

“Ən təhlükəli insan qorxaq insandır. Odur ki, ondan daha çox ehtiyat etmək lazımdır”.

L.Byörne

“Aciz insan hər yoldan keçənin yeminə çevrilir”.

P.Bomarşe

“Qorxularımızın yarısı əsassız, yarısı isə sadəcə utancvericidir”.

K.Bouvi

“Qorxunun özündən dəhşətli qorxu yoxdur”.

F.Bekon

“Qorxu yoluxucu zökəm kimidir – birinin ardınca o biriləri gəlir”.

“Qorxaq adam yalnız öz təhlükəsizliyinə əmin olduqdan sonra kimlərisə hədələyir”.

İ.Höte

“Bir dəfə qorxdunsa, ardı da gələcək”.

C.Qolsuorsi

“Ömrü boyu qorxu içində yaşayan insan azadlığın nə olduğunu bilməyəcək”.

Horatsi

“Faktın əsl mahiyyətini şişirtmək qorxuya xas olan əlamətdir”.

V.Hüqo

“Yaltaqlıq qorxudan yaranır”.

Demokrit

“Təhlükənin qorxusu təhlükənin özündən min dəfələrlə dəhşətlidir”.

D.Defo

“Xeyiri şərdən ayırmağı uşaqlara qorxudub öyrətmək olmaz. Qorxaq adam həmişə şərə təslim olur”.

F.Dzerjinski

“Aciz insan təhlükəni gözləyəndə, qorxaq təhlükə yetişəndə, mərd isə sovuşanda əsir”.

J.Pol

“Ölümdən qorxan adam artıq ölüb”.

İ.Zeyme

“Qorxaqlıq özünün çiçəklənən dönəmlərində qəddarlığa çevrilir”.

H.İbsen

“Ən xoşagəlməz hiss – öz acizliyini dərk etməkdir”.

T.Karleye

“Mərdlə qorxaq arasında fərq ondadır ki, birinci təhlükəni anlasa da qorxu hiss etmir, ikinci isə təhlükəni anlamadan belə artıq qorxur”.

V.Klyuçevski

“Əgər ölümdən qorxmursansa, sənə qarşı olan hədələr də qorxulu deyil”.

P.Kornel

“Qorxu – ağıllını axmaq, güclünü aciz edir”.

F.Kuper

“Qorxaq it adamı qapmaqdan çox hürür”.

Kurtsi

“Qorxaq gündə yüz dəfə ölür”.

D.Marston

“Qorxaqlıq qəddarlığın anasıdır”.

M.Monten

“Qorxu – çox pis müəllimdir”.

“Dərdin həddi olsa da, qorxunun həddi yoxdur”.

Kiçik Plini

“Qaçılmaz olandan qorxmaq ağılsızlıqdır”.

“Çoxlarının qorxduğu adam özü də çoxlarından qorxmalıdır”.

Publili Sir

“Qorxu – bizim yeganə  qorxmalı olduğumuz hissdir”.

F.Ruzvelt

“Qorxubsa, artıq yarıyacan məğlub olub”.

A.Suvorov

“Qorxmazlıqdan daha çox qorxaqlar, nəciblikdən nanəciblər danışır”.

A.Tolstoy

“Qorxu bütün naqis hisslərin ən naqisidir”.

“Qorxu – yalanın əbədi yol yoldaşıdır”.

V.Şekspir

“Dəhşətli ölüm sonsuz qorxu hissindən daha yaxşıdır”.

“Acizlik insanda yalnız ikrah yaradır”.

F.Şiller

“Nökərliyin ən pis növü qorxunun nökəri olmaqdır”.

B.Şou