Elektron ədəbiyyat və sənət portalı

Sağlamlıq və həyatsevərlik haqqında

Bölmə: Azad ərazi 30.04.2020

“Həddində olan hər şey təbiətin müttəfiqi, sağlamlığın keşikçisidir”.

“Həzm olunmayan qida onu yeyənin özünü yeyir”.

Əbu-əl-Fərəc

“Fəaliyyətsizlik ardınca tənbəllik, tənbəllik isə ardınca süstlük gətirir”.

Apuley

“İnsanı heç nə davamlı fiziki hərəkətsizlik qədər haldan salıb məhv etmir”.

Həyat hərəkət tələb edir”.

Aristotel

“Böyük insanlar həmişə pəhrizə üstlünlük veriblər”.

O.Balzak

“Sağlamlıq – ağıllı insanların qonararıdır”.

P.Beranje

“Xəstəlik minlərlə, sağlamlıq isə cəmi bir dənə olur”.

L.Byörne

“Sağlam qalmağın ən yaxşı dərmanı xoş və şən əhval-ruhiyyədir”.

K.Bostrem

“Həddində olan hər şey sağlamlığın anası kimidir”.

Valeri Maksim

“Mənim tanıdığım yeganə gözəllik – sağlamlıqdır”.

“Bütün sağlam insanlar həyatsevər olur”.

H.Heyne

“Pəhrizin səmərəsi uzunmüddətli, dərmanın xeyri isə qısamüddətli olur”.

“Qədərindən çox toxluq da qədərindən çox aclıq kimi yaxşı şey deyil”.

Hippokrat

“Ürəkdən gülmək mənəvi sağlamlığın ən dəqiq əlamətidir”.

M.Qorki

“Həyatı qısaldan hisslər arasında qorxu, kədər, ümidsizlik, qüssə, inamsızlıq, həsəd, nifrət ən öndə gəlir”.

V.Qufeland

“Tanıdığım bütün həkimlərdən ən yaxşısı ümiddir”.

A.Düma (ata)

“Təbiətin ən dəyərli əsəri sağlam insandır”.

T.Karleye

“Gigiyena insana şəxsi sağlamlığının zəncirli iti olmağını öyrədir”.

V.Klyuçevski

“Sağlamlıq – həyatın başlıca rifahıdır”.

Y.Korçak

“Yeməyə hərislik insanı yaşatmaq üçün nəzərdə tutlan qidanı ölümcül zəhərə çevirir”.

J.Labrüyer

“Sağlam qalmağımız təbiblərdən çox, bizim vərdiş və qidalanmağımızdan asılıdır”.

D.lebbok

“Yanar soba otağa istilik gətirdiyi kimi, sağlamlıq da insana xoş ovqat gətirir”.

T.Mor

“İnsan təbiətinin məğzi hərəkətdir. Büsbütün hərəkətsizlik ardınca ölüm gətirir”.

B.Paskal

“Bir inci saflığı varsa da suda

Artıq içiləndə dərd verir o da”

Nizami

“Etiraf emək nə qədər ağır olsa da, bütün canlı məxluqlar arasında yalnız insan nəyin ona xeyirli olduğunu bilmir”.

Böyük Plini

“Ən lazımlı tibbi ləvazimatlar – təmiz hava, soyuq su, balta və mişardır”.

V.Polenov

“Sağalmağın ilkin şərti bunu istəməkdir”.

Kiçik Seneka

“Həyatsevərlik yalnız sağlamlıq əlaməti yox, həm də bütün xəstəliklərin dərmanıdır”.

S.Smayls

“Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik”.

Sokrat

“Bütün dərmanların ən yaxşısı – istirahər və nəfsə qalib gəlməkdir”.

B.Franklin

“Sağlamlığın qədrini xəstələnəndə bilirik”.

T.Fuller

“Bir ağrı həmişə o birini azaldır”.

A.Çexov

“Ürəkdən gördüyümüz hər iş bizi ağrılardan xilas edir”.

U.Şekspir

“Xoşbəxtliyimizin onda doqquzu sağlamlığımızdan asılı olur”.

“Sağlamlıq həyatın bütün tərəflərinə elə nüfuz edir ki, həqiqətən də gümrah dilənçi özünü xəstə kraldan daha xoşbəxt hiss edir”.

A.Şopenhayer

“Bədəncə möhkəm adam dəhşətli istiyə və soyuğa dözümlü olur. Ruhən sağlam adamlar isə kədər, sevinc və digər hisslərə daha dözümlü olur”.

Epiktet

“Sağlam bədəndə həm də sağlam ruhun olmasına can atmaq lazımdır”.

Yuvenal