“Adətən, ilk badəni sağlamlığımız, ikincini həzz almaq, üçüncünü həya pərdəsini götürmək, sonuncunu isə ağlımızı itirmək üçün içirik”.
Anaxarsis
“Sərxoşluq – könüllü dəlilikdir”.
Aristotel
“İnsanlar vəbadan qorxurlar, amma şərab ondan daha təhlükəlidir”.
“Alkoqol – insanların məhbəs ixracatçısıdır”.
A.Bodriallar
“Şərab içməklə ağıl artsaydı, hamı ikiqat müdrik olardı”.
S.Brant
“Alkoqolizmlə cinayətin doğma bacı-qardaş olduğunu həkimlər və kriminalistlər çoxdan dəqiqləşdiriblər”.
K.M.Ber
“Çox bəlaların səbəbi şərab badəsinin içində gizlənib”.
İ.Vazov
“Şəraba həddən artıq aludəlik ləyaqətin bütün qapılarını bağlayıb, rəzalətin bütün qapılarını açır”.
Valeri Maksim
“Ən mədəni insanlar belə sərxoş vəziyyətdə bütün insani sifətlərini itirir”.
J.Vern
“Spirtli içki ən az dozada belə ağıllı fikirlərin yaranma imkanlarını məhv edir, onları bətndəcə öldürür”.
H.Helmholts
“İnsanlar daha ayıq olsaydılar, bəşəriyyət ağlasığmaz nailiyyətlər qazanardı”.
İ.Höte
“Alkoqol – insanı ağıldan məhrum etmək üçün ən etibarlı vasitədir”.
V.Danilevski
“Bir-birimizin sağlığına içə-içə sağlamlığımıza qənim kəsilirik”.
C.Cerom
“Kədəri bütün vasitələrlə ovutmaq olar, bircə əyyaşlıqdan başqa”.
C.Conson
“Yanğısını suyla yox, şərabla söndürən insan heyvandan da qanmaz məxluqdur”.
Diogen
“Alkoqoliklər öz sülaləsini müxtəlif ağır xəstəliklərlə “mükafatlandırır” və onların arasında ən “fəxri yeri” psixi pozuntular tutur”.
B.Kannel
“Heç bilirsizmi, bu insan əyyaşlıqdan əsən əlləriylə stəkandan nə içir? O öz arvadının və uşaqlarının göz yaşlarını, qanını, bütün həyatını içir”.
F.Lamanne
“İnsan sərxoş olanda ayıq vaxtı ağlına gətirməyə belə qorxduğu işləri görməyə qadirdir”.
C.London
“Şərabı tərgitmək elə də böyük əziyyət deyilsə, yaxınlarınıza, böyük əziyyətdirsə, özünüzə görə bunu edin”.
C.Mey
“Əyyaş – öz sağlamlığından həzz almır və heç vaxt ahıllaşmır”.
A.Nelyubin
“Sərxoş insan artıq insan deyil: çünki o, insanı heyvandan fərqləndirən yeganə üstünlüyünü – ağlını itirib”.
T.Reyn
“Əyyaş içməyi necə tərgidə bilər? Cavabı özüm verirəm. Gərək o, sərxoş vaxtı etdikləri hərəkətləri tez-tez yadına salsın”.
Pifaqor
“Şərabın korlamağa gücü çata bilməyəcəyi bədən yoxdur”.
Plutarx
“Bütün epidemiyalar birlikdə bəşəriyyəti əyyaşlıq qədər məhv edə bilməz”.
J.Roşar
“Şərab zəhər qədər təhlükəlidir”.
Kiçik Seneka
“Oğru və qatil çox nadir hallarda ayıq vəziyyətdə cinayət törədir”.
“İçməyi və çəkməyi tərgitməyin çətin olması çox yanlış təsəvvür və özünətəlqindir”.
L.Tolstoy