“Tanrı arzularımızı çox vaxt bizi cəzalandırmaq üçün həyata keçirir”.
“Gələcək hətta onu gətirənlərdən də gizlənir”.
“Sevən kişilər üçün əsas olan forma və rənglərdir – onlara obraz lazımdır. Qadınlar isə hissiyyatla sevir. Odur ki onlar bizdən yaxşı sevirlər; axı məhəbbətin gözü kordur”.
“Teatr təxəyyül üçün yer qoymur. Yəqin, bu səbəbdən də çoxlarını təmin edir”.
“Mərhəmətli qadınlar daha tez qocalırlar”.
“Möcüzələr gerçəkləşsəydi, möcüzəlikdən çıxardı. Möcüzə məhz mövcud olmadığına görə möcüzədir”.
“Qadın düşünülmüş yalanlar uydurmayanda daha səmimi olur”.
“Qadın seçim edərkən bilməlidir ki, başqa qadınların sevdiyi kişiylə o heç vaxt rahat, başqa qadınların sevmədiyi kişiylə isə xoşbəxt olmayacaq”.
“Jurnalistika müasir cəmiyyət üçün din səviyyəsindədir”.
“İstehza – məyusluğun son həddidir”.
“Əsl məhəbbət ümidlə yaşayıb, yalanla qidalanır”.
“Hər bir insan özünü dünyanın mərkəzi hesab edir. Bu, ümumi bir illüziyadır. Hətta küçə süpürənlər də bu illüziya ilə yaşayırlar”.
“Pis qavramaqdansa, az qavramaq yaxşıdır”.
“Elm səhvsizdir, amma alimlər tez-tez səhv edir”.
“Heç kimə kitab verməyin: onlardan biri də geri qayıtmayacaq. Mənim kitabxanamda yalnız oxumaq üçün başqalarından aldığım kitablar qalıb”.
“Gərək çox şeylərə görə özünü bağışlayasan ki, başqalarını da çox şeylərə görə bağışlamağı öyrənəsən”.
“Bir çox maraqlar gec-tez günaha çevrilir. Yəqin, bu səbəbdəndir ki, iblis həmişə alimlərin tərəfindədir”.
“Qısqanclıq – kişilərin zəif tərəfi olduğu halda, qadınlara güc verir, onları daha da çevikləşdirir”.
“Utancaqlıq – məhəbbətə qarşı olan ən böyük günah hissidir”.
“Təsadüf – Tanrının öz adıyla imza atmaq istəmədiyi təxəllüsüdür”.
“Dünyanı yaratmaq dünyanı anlamaqdan daha asandır”.
“Oğullar öz analarının səxavətinə inanırlar. Qızlar da inanırlar, amma oğullardan az”.
“Yalnız kasıblar nağd ödəniş edirlər. On görə yox ki, onlar daha səxavətlidirlər, ona görə ki onlara heç nəyi nisyə vermirlər”.
“Xristianlıq məhəbbəti günah elan etməklə onun üçün böyük işlər gördü”.
“Məntiqlə düşünüb, məntiqsiz hərəkət etmək insana xas xüsusiyyətdir”.