Belarusun populyar “Sozvuçie” ədəbi portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin tanınmış tərcüməçi Vladimir Qafarov tərəfindən rus dilinə çevrilmiş “Küləklər”, “Teleqraf telləri”, “Könlümün dedikləri”, “Yenə o bağ olaydı... ” şeirlərinə geniş yer ayırıb.
Qeyd edək ki, portal bu layihə çərçivəsində Azərbaycan bayatılarına, Nizami, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dahi Azərbaycan şairlərinin yaradıcılığına da geniş yer ayırmışdı.
Keçid linki:
http://sozvuchie.by/poeziya/nezhnej-butona-prochnej-bulata.html