Elektron ədəbiyyat və sənət portalı

Onore de Balzakın aforizmləri

Bölmə: Azad ərazi 31.05.2020

 

“Bəlkə də, ağrı həzzin son həddidir”.

 

“Bir çox kişilər mənə skripka çalmaq istəyən oranqutanı xatırladır”.

 

“Millətin gələcəyi anaların əlindədir”.

 

“Bəzi insanlar sıfıra bənzəyir – onların qarşısında mütləq rəqəm olmalıdır”.

 

“Böyük istedadlar bütün xırdalıqların fövqündə dayanır”.

 

“Vaxt – zehni əməklə işləyənin əsas kapitalıdır”.

 

“Bütün işləri gərək yaxşı eləyəsən – hətta dəliliyi də”.

 

“Yazıçı ustalığının əsas göstəricisi fikirləri obrazlı təsvir etməkdir”.

 

“Gecə yaxınlaşanda qadınla kişinin dostluğu xeyli zəifləyir”.

 

“Hər dəfə yalnız özün danışacaqsansa, həmişə haqlı olacaqsan”.

 

“Əgər kişi hazırcavab, yaraşıqlı və ünsiyyətcildirsə, qadını onun keçmişi yox, gələcəyi maraqlandıracaq”.

 

“Dahilik özünəinamdan başlanır”.

 

“Bəzi şairlər duyur, bəziləri isə təsvir edir: məncə, birincilər daha xoşbəxtdir”.

 

“Arvad ərinə gülürsə, demək, artıq onu sevmir”.

 

“Paxıllıq – nifrətin ən işlək elementlərindən biridir”.

 

“İdeya – faktdan üstündür”.

 

“İncəsənət millətin libasıdır”.

 

“İncəsənət – dindir: müridləri də var, əzabkeşləri də”.

 

“Sual işarəsi – bütün elmlərin açarıdır”.

 

“Adam deməyə sözü olmayanda çox danışır”.

 

“Qadını idarə etməyi bacaran, dövləti də idarə edə bilər”.

 

“Ər və hökumət gərək heç vaxt günahını etiraf etməsin”.

 

“Sadəlövhlük və səmimilik məğzi etibarilə uşaqlıq əlamətidir”.

 

“Hər şeyi üzdə olan insanın daxilində heç nə yoxdur”.

 

“Bizi günahlarımız qədər birləşdirən heç nə yoxdur”.

 

“Ənənə – insan, qanun – dövlətdir. Çox vaxt ənənə qanundan da amansız olur”.

 

“Məhəbbətdə rəngarənglik axtarmaq zəiflik əlamətidir”.

 

“Həqiqət acı dərman kimidir: dadı xoşuna gəlməsə də, sağaldır”.

 

“Öz zəifliyini etiraf edən insan güclü insandır”.

 

“Kolleksiya yığmaq ehtirası zehni pozğunluğun ilkin əlamətidir”.

 

“Qısqanc ər, əslində, arvadından yox, özündən bədgümandır”.

 

“Ana ürəyi – dibində əfv üçün həmişə yer olan dərin quyu kimidir”.

 

“Ciddiyyət – insan xarakterinin özülüdür”.

 

“Sevincin həddi olsa da, kədər nəhayətsizdir”.

 

“Şöhrət – sərfəli mal deyil. Həm bahadır, həm də tez xarab olur”.

 

“Şöhrət – zəhər kimidir, gərək az dozalarla qəbul edəsən”.

 

“Tanrıya şübhə etməyin özü də ona inanmağın əlamətidir”.

 

“İstedad – anadangəlmə qabiliyyətlərin inkişafının göstəricisidir”.

 

“Hamı qozbel olan yerdə biçimli qədd-qamət eybəcər görünür”.

 

“Kişinin ilk məhəbbətiylə yalnız qadının son məhəbbəti müqayisə oluna bilər”.