Elektron ədəbiyyat və sənət portalı

İsa Hüseynovun “Saz”ı Qırğızıstan ədəbiyyat portalında

Bölmə: Xəbər 08.06.2020

Qırğızıstanın məşhur Literatura.kg  (Ədəbiyyat.kg) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuş “Saz” hekayəsinin yayınına başlayıb. “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilmiş əsər yazıçı və yaradıcılığı ilə bağlı geniş məlumatla təqdim edilir.

Qeyd edək ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” bölməsi, mütəmadi olaraq Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.

Keçid üçün link:

http://www.literatura.kg/articles/?aid=2576