1769-cu ilin 15 avqustunda Fransanın Korsika əyalətində doğulmuş məşhur sərkərdə, siyasətçi, müasir Fransa dövlətinin qurucusu, imperator Napoleon I Bonapart bədii yaradıcılıqla da məşğul olub. O, “Məhəbbət haqqında dialoq”, “Bokerdə şam yeməyi” və digər əsərlərin müəllifidir. Napoleon 1921-ci ilin 5 mayında Fransanın müqəddəs Yelena adasında vəfat edib.
“Aydın yol” oxuculara Napoleonun aforizmlərini təqdim edir.
“Dünyanı təsadüflər idarə edir”.
“Hər kəs özünə görə haqlıdır”.
“Böyük bir işin gülüş hədəfinə çevrilməsinə olan yol cəmi bir addımdır”.
“Qanunları yaratmaq, onlara riayət etməkdən asandır”.
“Danışmağı bacarmayan özünə karyera qura bilməz”.
“Təsadüf – bütün kainatın yeganə qanuni hökmdarıdır”.
“Jurnalist – qələmlə işləyən küçə süpürgəçisidir”.
“Hansısa bir işi vicdanla idarə etmək kifayət qədər çətindir”.
“Son sözü həmişə ictimai rəy deyir”.
“Əsgərlər – siyasi məsələlərin həlli üçün lazım olan rəqəmlərdir”.
“Sonsuz hakimiyyətin yalana ehtiyacı yoxdur – susmaqla da kifayətlənə bilər”.
“Dərd – müdrik insanı daha da müdrikləşdirir, səfehi isə tamam səfehləşdirir”.
“Siyasətdə əsas olan məqsədə doğru getməkdir – vasitə heç bir əhəmiyyət kəsb etmir”.
“Əsl qəhrəman döyüş vaxtı nəticəyə əhəmiyyət vermədən sanki şahmat oynayır”.
“Dostlarınızın etibarını yoxlamaq istəyirsiniz? Bunun üçün gərək çətin vəziyyətə düşəsiniz”.
“Əsgərdən ilk öncə dözüm və təmkin tələb olunur; mərdlik ikinci dərəcəli məsələdir”.
“Əks fikirlərə meydan verən hökumət yalnız əmin-amanlıq dövründə yararlıdır”.
“Nadan insan savadlı insanla müqayisədə böyük üstünlüyə malikdir. Çünki nadan həmişə özündən razıdır”.
“İdarəçilik sənəti insanlara vəzifədə qocalmağa imkan yaratmamaqdan ibarətdir”.
“Ölkəni məhv etməyə bir yaramaz da kifayətdir. Tarixdə belə nümunələr çox olub”.
“Ölkəni qorumaq üçün tək hərbi qüvvə kifayət deyil – xalqın qoruduğu ölkə məğlubedilməzdir”.
“Məhəbbət – kefi yaxşı olan üçün məşğuliyyət, hərbçi üçün əyləncə, hökmdar üçün isə boynundan asılan kəndirdir”.
“Xoşbəxtliyi dəbdəbədə və eyş-işrətdə axtaranlar şam işığını Günəş şüasından üstün tutanlara bənzəyir”.
“Şirin rəhbərlik etdiyi qoyunlar ordusu, qoyunun rəhbərlik etdiyi şirlər ordusuna həmişə qalib gələcək”.
“Gözəl qadın gözə, mərhəmətli qadın isə ürəyə xoş gəlir. Birinci, gözəl əşya, ikinci isə xəzinədir”.
“Xalqın əsl azadlığa qovuşması üçün gərək idarə olunanlar müdrik, idarə edənlər isə Tanrı olsun”.