Elektron ədəbiyyat və sənət portalı

Məddahlıq, tərif, riyakarlıq haqqında

Bölmə: Azad ərazi 27.07.2020

 

“Yalnız səfehləri təriflə tora salmaq olar”.

M.Andersen-Nekse

 

“Görüşəndə əlini sıxıb sənə təriflər yağdırır, amma elə ki üzünü çevirdin, arxanca ağzına gələni danışır”.

Abay

 

“Bütün məddahlar – quyruqlu olur”.

“İnsanı üzünə tərifləmək məddahlıq əlamətidir”.

Aristotel

 

“Bizə hüquqlarımız barədə danışanları məmnuniyyətlə dinləyir, məsuliyyətimizi xatırladanları isə xoşlamırıq”.

E.Berk

 

“Bəzən biz hətta səmimiliyinə inanmadığımız tərifdən də xoşhallanırıq”.

L.Vovenarq

 

“Əndazəni aşan tərif ən ağır söyüşdən də betərdir”.

“Yersiz tərif – təriflənəni ucaltmır, amma tərifləyəni alçaldır”.

P.Vyazemski

 

“Bəzən bizi alçaldan tərifin özü yox, onun qeyri-səmimiliyi olur”.

K.Helvetsi

 

“Məddahlıq nifrətdən də qorxuludur”.

B.Qrasian

 

“Tərifə uyan insan – ən aciz insandır”.

A.Qraf

 

“Saxta tərif nə haqqında danışılana, nə də onu deyənə hörmət gətirir”.

F.Qrimm

 

“Təvazökarlıqda bəzən riyakarlıq çalarları yer alır, sadəlövhlükdə bu, mümkün deyil”.

Y.Dalamber

 

“Qızıl və almaz kimi tərif də az olanda qiymətlidir”.

B.Conson

 

“Məddah – əhliləşdirilmiş heyvanlar arasında ən təhlükəlisidir”.

Dioqen

 

“Dünyada dürüstlükdən çətin, məddahlıqdan asan heç nə yoxdur”.

F.Dostoyevski

 

“Mən həddini aşan tərifi zəhər kimi qəbul edirəm”.

İ.Krılov

 

“Məddah kimdir? Hər baxışınıza nökər kimi gülümsəyən, hər sözünüzə ucadan təriflər yağdıran, hər hərəkətinizə çəpik çalan çevik və diribaş adam”.

“Məddah – sadəcə özü və başqaları haqqında yüksək fikirdə olmadığına görə təriflər yağdırır”.

J.Labrüyer

 

“Nümayişkaranə təvazökarlıq – ən böyük riyakarlıqdır”.

“Tərif və nifrət – həqiqəti ortadan bölən daşdır”.

“Axmaqdan tərif eşidən kimi onun qüsurlarını unuduruq”.

“Özümüz özümüzü tərifləməsək, başqalarının tərifi bizi korlamaz”.

“Yalnız bizimlə fəxr edənləri ürəkdən tərifləyirik”.

“Bəzi iradlar hərdən tərif kimi, bəzi təriflər isə söyüşdən də betər səslənir”.

F.Laroşfuko

 

“Riyakarlıq və əxlaqsızlıq – yaxın qohumlardır”.

A.Linkoln

 

“Riyakarlıq özünün bütün təzahürlərində yalnız ikrah doğurur”.

D.Lokk

 

“Tərifləməyi bacaran, ləkələməyi də bacarır”.

I Napoleon

 

“Məddahdan və riyakardansa düşmən yaxşıdır”.

I Pyotr

 

“Tərif – yalnız onu xoşlayanı korlayır”.

J.Russo

 

“Deyirlər tərif axmaqların qidasıdır. Amma hərdən müdrik insanlar da bu qidanın dadına baxmaq istəyir”.

C.Svift

 

“Axmaq adamların tənqidi tərif kimidir”.

Kiçik Seneka

 

“Yalnız həddən artıq mənasız və zəif insan layiq olmadığı tərifdən həzz ala bilər”.

A.Smit

 

“Şübhəsiz, özünə əmin olmayan insan tərifin toruna daha tez düşür”.

B.Spinoza

 

“Təriflənməyi xoşlayan adam özü də məddahla bir sırada dayanır”.

U.Şekspir

 

“Əclafın səni tərifləməsindən pis şey yoxdur”.

R.Şuman

 

“Bütün məddahlar, eyni zamanda həm də yalançıdır”.

İ.Engels