Elektron ədəbiyyat və sənət portalı

İlyas Əfəndiyev yaradıcılığı Serbiya ədəbiyyat portalında

Bölmə: Xəbər 01.07.2020

Serbiyanın populyar “İstoçni biser” (“Şərqin incisi”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin  “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İlyas Əfəndiyevin serb dilinə tərcümə olunmuş “Yun şal” hekayəsinin yayınına başlayıb.

Məşhur serb yazıçısı və tərcüməçisi Yovan Zmayın kitabının adını daşıyan “İstoçni biser” portalı əsasən Şərq ədəbiyyatından seçmə nümunələrə yer ayırır.  

Yovan Zmay Mirzə Şəfi VazehHafizÖmər Xəyyam kimi dünya ədiblərinin əsərlərini serb dilinə tərcümə edib.

Serbiya oxucuları dünyanın ən məşhur əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.

 

 

 

 

 

Keçid linki:

https://istocnibiser.wixsite.com